“Zirə”nin kapitanı Qismət Alıyev Qol.az saytının suallarını cavablandırıb. Millimizin də üzvü olan yarımmüdafiəçi komandasının mövsüm ərzindəki çıxışından, yığmamızın Avro-2024-ün seçmə mərhələsində Estoniya ilə keçiriləcək oyunundan və digər məsələlərdən danışıb.
- Premyer Liqada 5-ci pillədə başa vurduğunuz mövsümü özünüz üçün necə qiymətləndirirsən?
Həmçinin oxuyun: “51 xal toplayıb dördüncü yeri tutsaydıq da, məmnun qalmayacaqdım”
- Keçən mövsüm Konfrans Liqasında oynayan komanda üçün bu mövsümün yaxşı keçdiyini demək olmaz. Biz buraxdığımız cüzi səhvlər üzündən istədiyimiz nəticəni qazana bilmədik. Bu səhvlər kubokda da bizə başa başa gəldi. Konfrans Liqasına kubokdan getmək daha asan idi. Ancaq mübarizəni tez dayandırdıq. Sonra bütün fikirlərimizi çempionata yönəltmişdik. Təəssüf ki, üstün olduğumuz oyunlarda da xırda səhvlər ucbatından xallar itirdik. Yəqin ki, qarşıdakı təlim-məşq toplanışında baş məşqçimiz bunun üzərində çox işləyəcək.
- Dördüncü pillədə qərarlaşan “Qəbələ” ilə xallarınız eyni oldu və yalnız şəxsi oyunlarda geri qaldınız.
- Elə “Qəbələ” ilə səfərdəki oyunda hesab bərabər olarkən 90+4-cü dəqiqədə rəqib futbolçusu Ülvi İsgəndərovun mərkəzdən vurduğu top qapımıza getdi. Xırda səhvləri etməsydik, ən azından 4-cü yeri tuta bilərdik. Biz hər il ən azı avrokuboklar üçün mübarizə aparırıq. Ötən mövsüm 3-cü olduq və medal qaznaraq Konfrans Liqasına yollandıq. Kubokda isə ilk dəfə finala çıxmışdıq və penaltilərdə məğlub olduq. Bəlkə də, yeni mövsümdə daha təcrübəli olacağıq, əvvəlki səhvləri buraxmayacağıq.

- Mövsüm ərzində bir neçə oyunçunuz zədəli oldu. Bəlkə heyət çatışmazlığına görə məqsədə çata bilmədiniz?
- Məncə, çempionat başlayanda baş məşqçimiz Rəşad Sadıqov istədiyi futbolçuları komandaya gətirə bilmədi. Eyni heyətlə davam etdik. İlk dövrəni normal başa vura bildik. İkinci dövrədə isə bir neçə oyunçu gəldi. Onların da bəziləri zədəli oldu. Həmin vaxtlarda yalnız bir hücumçumuz var idi – Filipe Paxtman. O da demək olar ki, il boyu zədəli oldu. Qış fasiləsində yeni hücumçu Vladislav Kulaç gəldi. O da bir məşqə çıxandan sonra zədələndi və 2-3 aylıq sıradan çıxdı. Hansı ki, həmin vaxt hücumçuya çox ehtiyacımız var idi. Donald Gerye də zədəyə görə xeyli oynamadı. İbrahim Abbas zədəli gəlmişdi. Yəni transfer edilən futbolçuların potensialından tam istifadə edə bilmədik. Kulaç 4-5 oyuna göstərdi ki, əsl hücumçu keyfiyyətləri var. Demək olar hər oyunda qol vurdu.
- Qeyd etdiyin səhvləri çıxsaq, bu mövsüm göstərdiyiniz oyundan özünüz razı qaldınız?
- Baş məşqçimiz mövsüm ərzində bizə deyirdi ki, yaxşı oynayırıq. Dediklərini etməyə çalışırdıq. Bəzən üstün olduğumuz oyunlarda elə səhvlər buraxırdıq ki, nəticəyə təsir edirdi. Buna görə məşqçimizi də başa düşmək lazımdır. Demək olar ki, “Qarabağ”ı çıxmaq şərtilə digər bütün rəqiblərlə bərabər səviyyəli oyunlar keçirmişik. Yaxşı oynayırdıq və cüzi bir səhv hər şeyi korlayırdı. Bir dənə səhv qapımızda qolla nəticələnirdi. Bəlkə də bu, bizim üçün təcrübə oldu. Yəqin ki, məşçqilərimiz də analizlər edir. Düşünürəm ki, məşqçilər korpusu yeni mövsüm üçün tam başqa bir komanda formalaşdırar.
- Bir səhvinizin qolla nəticələndiyini dedin. Mövsüm ərzində məşqçilər heyəti qapı xəttində bir neçə dəfə rotasiya etsə də, kobud səhvlərdən qollar buraxdınız.
- Mən təkcə qapıçıları nəzərdə tutmuram. Top qapıya gedirsə, deməli, ondan əvvəl kimsə səhv edib. Qapıçılarımız da çox çalışdı. Səhvi hamı edə bilər. Qapıçılar da istəyərdi ki, o səhvlər olmasın.
- Mövsümün yekununda Rəşad Sadıqovun komandaya sözü nə oldu?
- Baş məşqçimiz həmişə bizim arxamızda durur. Neçə illərdir ki, belədir. Yaxşı oynayanda uduzsaq belə, bizə təşəkkür edirdi. Çempionatın son oyunundan sonra da hamıya minnətdarlıq etdi. Amma bilirik ki, bizə belə desə də, komandanın Konfrans Liqasına çıxmağını istəyirdi.

- Mövsüm başa çatandan sonra “Zirə”dən 6 futbolçu ayrılıb və demək olar ki, çoxu komandanın aparıcı üzvü idi.
- Yəqin ki, məşqçimiz götür-qoy edir. Düzdür, gedən futbolçular da komanda üçün əlindən gələni edirdi. Bəlkə də təklifləri olub, bilmirəm. Bəlkə də, baş məşqçimiz düşünüb ki, başqa futbolçu bizə daha yaxşı kömək edə bilər. Komandamıza kim gəlsə, təki bizə xeyir versin.
- Avro-2024-ün seçmə mərhələsində Estoniya ilə keçiriləcək oyun üçün millimizə dəvət almısan. Digərlərinə baxanda, millimiz üçün ən uyğun rəqib Estoniyadlr. Bu oyundan nə gözləmək olar?
- Dünən məşqlərə başlamışıq. Düşünürəm ki, Estoniya millisi normal komandadır. Heyətdə çıxış edən futbolçulardan bir neçəsi legioner həyatı yaşayır. Yəni rəqib də yaxşı futbol oynayır, enişdə deyillər. Demək olar ki, eyni gücdə olan komandaların oyunu olacaq. İlk iki oyunda uduzmuşuq. İstərdik ki, qalib gəlib heç olmasa Estoniyanı qabaqlayaq. 4-cü yeri istəyiriksə, bu oyunda qalib gəlməliyik. İlk iki oyunda uduzsaq da, komandamız normal futbol oynadı. Öz meydanımızda qalib gəlməyə çalışacağıq. Bütün azarkeşlərimizi sevindirmək istəyirik.
- İlk iki ağır məğlubiyyətdən sonra millimizin düşərgəsində ab-hava necədir?
- Hər şey normaldır. Hamı düşünür ki, qələbə vacibdir. Yəqin ki, hamı milliyə qələbə istəyi ilə gəlib. Məğlubiyyətlər unudulub. Hamı məşqdə var qüvvəsi ilə çalışır.
- Millimizin baş məşqçisi De Byazinin komanda ilə söhbəti oldu?
- Bir neçə oyunçu milliyə bu gün qoşulacaq. De Byazinin bizimlə kiçik bir söhbəti oldu. Dedi ki, son nəticələri düşünməməliyik, ancaq qarşıya baxmalıyıq, yaxşı hazırlaşmalıyıq.
Ramiq Ağaməmmədov
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
Konfrans Liqasında 1/8 final həyəcanı
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Avropa Liqasında 1/8 final başlayır
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?