"Oyunun əhəmiyyətini dərk edirik. Komanda şəklində mübarizə aparıb, istəyimizə çatmaq niyyətindəyik. Finalda favorit olmur. Ona görə də şanslar bərabərdir. Komandam əlindən gələnin ən yaxşısını etməyə çalışacaq ki, istəyimizə çataq".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev sabah Azərbaycan kubokunun finalında "Neftçi"yə qarşı keçirəcəkləri final oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib. O, görüşün "Neftçi"nin ev oyunlarını keçirdiyi "Bakcelll Arena"da olmasının "Qəbələ" üçün təzyiq yaratmayacağını deyib: "Məncə, bu, təsir etməməlidir. Burada ilk dəfədir oynamırıq. Bura alışmışıq. Atmosfer də futbolçuların oyundan zövq alması üçün münasibdir".
"Neftçi"nin necə olacağı bizi düşündürmür. Biz öz komandamızı düşünürük. İstədiyimiz yerə gəlib çatdıq. Finalda da futbolçularım əlindən gələn hər şeyi edəcək ki, titula sahib çıxsın. Sabah fərqli bir "Qəbələ" görəcəksiniz" - deyə mütəxəssis əlavə edib.
Bxşıyev komandanın əsas kapitanı Asif Məmmədovun indi cəzalı olmasına baxmayaraq, çempionat oyununda zədəli halda ehtiyat oyunçular arasında əyləşməsinə də toxunub: "Bu mənim istəyim idi. Zədəli olan futbolçular da komandanın içərisində olmalıdır. Asif bizim üçün vacib oyunçudur".
Statistikaya görə, "Qəbələ" əvvəllər 5 kubok oyununda finala gəlsə də, qalib olmayıb. aş məşqçi bu mövzuya da münasibət bildirib: "Futbol statistika üzərində qurulmayıb. Hər oyun fərqli olur. Keçmişdə olan keçmişdə qalıb. Sabah bir tarix yaza bilərik".
Bəziləri bu matçı Regekampf - Baxşıyev dueli kimi düşünür. Mütəxəssis bu haqda söyləyib: "Sabah "Neftçi" ilə Qəbələ qarşılaşır. Bu məşqçilərin yox, iki komandanın duelidir".
Baxşıyev heyətdəki itkilər haqda deyib: "Asif və Abu Akal Feras zədəlidir".
Çalışdırıcı "Şansları hər iki baş məşqçi eyni hesab edir. Amma legioner məşqçi, büdcə, futbolçu... "Neftçi" sizdən üstün görünür. Yəqin ki, bu matçdan qalib ayrılmaqla, yerli mütəxəssis kimi sözünüzü demək istəyirsiniz" fikrinə belə münasibət bildirib: "Çempionatda da bizə inanan az idi. Amma az büdcə ilə məqsədimizə çatdıq. Sabah finaldır. Heç bir büdcə önəm daşımır. Hansı komanda xarakter göstərəcəksə, qələbə qazanacaq".
Mütəxəssis transfer planları haqda sualları cavablandırıb: "Hələ transfer çalışmalarına başlamamışıq. Sabahkı oyunu düşünürük. Ondan sonra hansı mövqelərə ehtiyac varsa, transferimizi o yöndə başlayacağıq".
"Beşiktaş" onu hədəfə aldı
Musiala 3 gün ərzində ikinci dəfə matç zamanı huşunu itirdi
Bezos “Liverpul”a ortaq oldu
Güləşçimiz dünya üçüncüsü oldu
Meydana çıxmaqdan imtina etdi, intizam işi açıldı
Rodri rəsmən "Barselona"da
Doku sıradan çıxdı
“Mançester Yunayted”in təklifini rədd etdi
Keyn ərəb klubuna keçir?
“Fənərbaxça” 17 illik həsrətə son qoya bilər
"Neftçi" serbiyalı futbolçu transfer etdi
Mourinyo "Real"da rəsmən təqdim olundu - Şəkillər
Robot Boltdan sürətli qaçdı, amma dayana bilmədi - Video
Seneqal millisini çalışdıracaq
"Sabah"ın rəqibində iki ayrılıq
"Qalatasaray" rus futbolçunun transferini həll etdi
"Hapoel”də “Sabah” həyəcanı
“Borussiya” Vermanı transfer etdi
Brunodan "Mançester Yunayted"ə rədd cavabı
Mourinyonun "Real"ında Arda Gülerin durumu necə olacaq?
Azərbaycanda ən çox azarkeş bu oyuna gəldi
Çalhanoğlu ən yaxşı komanda yoldaşlarını açıqladı
"Nyukasl" Dediçi transfer etdi
Yankoviç "Qarabağ"da qalacaqmı? - Özü açıqladı
Azərbaycandan Boliviya klubuna getdi
Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalında
PSJ-dən “Liverpul”a
“Qarabağ”ın sol cinahı sıradan çıxıb! - Şərh
Tanınmış futbolçu ərəb klubuna keçdi
"Barselona"dan "Ayaks"a - Rəsmi
Superliqada tura heç-heçə ilə yekun vuruldu
Güləşçilərimizdən iki medal - Dünya çempionatı
"Qarabağ"dan mövsümün ilk oyununda qələbə - Video
Qurban Qurbanov Sefasın durumundan danışdı
“Zamanla daha yaxşı “Şamaxı” görəcəyik” - Azər Bağırov