"Final oyunudur. Çox çətin görüş olacaq. Hər iki komanda kuboku qazanmaq üçün motivasiyalıdır".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan kubokunun finalında sabah "Qəbələ"yə qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibin yaxşı komanda olduğunu bildirib: "Qəbələ" yaxşı komandadır. Onlara hörmətlə yanaşmalıyıq. Finala qədər gəldikləri yola nəzər yetirməliyik. "Qəbələ" çox yaxşı komandalara qalib gələrək finala çıxıb. Döyüş ruhu çox olan final matçına hazır olmalıyıq. Sabahkı oyunda qalib gəlmək üçün hər şey edəcəyik. Əlimizdə olan şansdan yararlanmağa çalışacağıq ki, kuboku qazanaq. Oyuna hazırıq. Şanslar 50/50-dir".
Mütəxəssis penaltilər seriyasına da hazır olduqlarını deyib: "Buna hazırıq. Hər şey mümkündür. Bayaq dedim ki, sabah sona qədər döyüşməyə hazırıq".
"Büdcə və oyunçuların keyfiyyəti, baş məşqçinin təcrübəsi baxımından sizcə, "Neftçi"nin şansları daha çox deyilmi" sualına Regekampf bu ür cavab verib: "Çalışacağam ki, nəzakətli cavablar verim. Bu cür oyunlarda baş məşqçilərin təcrübəsini müqayisəsini aparmaq doğru deyil. "Sevilya" ilə "Roma" arasında keçirilmiş Avropa Liqası finalına baxın. Əgər baş məqşçi təcrübəsini müqayisə ediriksə, oyundan əvvəl kuboku Joze Mourinyoya verməli idik. Çünki, təcrübəsi çoxdur. Baş məşqçi olaraq ən yaxşısını edirik ki, oyunçuları hazırlayaq. Bəli, finaldır. Şanslar bərabərdir. Çalışacağıq ki, bu oyunda qələbə qazanaq. Biz hansı klubu təmsil etdiyimizi bilirik. Bunu qürur hissi ilə etməliyik. Sabah klubumuzu yaxşı tərəfdən təmsil etməli, döyüşməli, qaçmalıyıq. Çünki bu, güclü, böyük addır. Burada "Neftçi" haqda danışıram. Hər bir oyunçu meydana daxil olanda dərk edir ki, klubun anlamı nədir. Finalda çoxlu hisslər var. Əminliklə deyə bilərəm ki, hər iki komanda ən yaxşısını edəcək".
"Mourinyo indiyə qədər neçə titul qazanıb? Ən çox titul qazanan məşqçi kimdir? Mən deyə bilərəm, Aleks Ferqyussondur. 49 titulu var və ilk 4-5-likdə Mourinyo gedir. Səhv etmirəmsə, Mourinyo ilk dəfə idi ki, finalda uduzurdu. Hazırda dünyanın ən yaxşılarından biridir. Məşqçinin CV-si o qədər də vacib deyil. Sabah kubokun finalıdır. Ən yaxşısını etməyə çalışırıq. Aktyorlar oyunçulardır. Onlar meydana daxil olurlar, hissləri var, səhv edə bilərlər. Robotlarla yox, insanlarla çalışırıq" - deyə mütəxəssis əlavə edib.
"Neftçi" ən köklü klublardan biridir. Sabah uğursuzluq baş versə, sizin istefanızla nəticələnə bilərmi" sualını belə cavablandırıb: "Bu suala cavab verməli deyiləm. Çox sevinirəm ki, oyunçularımla bərabər finala gəlib çıxmışıq. Bundan qürurlanmalıyıq. Bu, o deməkdir ki, özümüz və komandamız üçün yaxşı nəsə əldə etmişik. Buradan getməyim və qalmağımla bağlı heç bir problem yoxdur. Hər gün eyni inamla çalışıram. "Neftçi" üçün nələr edə biləcəyimi, səviyyəmin necə olduğunu bilirəm. Peşəkar məşqçiyəm. Müqaviləyə imza atanda bilirdim ki, risklər haradadır. İnanın ki, hər gün bu hiss ola-ola işləyə bilmərəm. Əldə etdiklərimə görə məmnunam".
Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qəbələ" oyunu saat 20:00-da başlayacaq.
"Beşiktaş" onu hədəfə aldı
Musiala 3 gün ərzində ikinci dəfə matç zamanı huşunu itirdi
Bezos “Liverpul”a ortaq oldu
Güləşçimiz dünya üçüncüsü oldu
Meydana çıxmaqdan imtina etdi, intizam işi açıldı
Rodri rəsmən "Barselona"da
Doku sıradan çıxdı
“Mançester Yunayted”in təklifini rədd etdi
Keyn ərəb klubuna keçir?
“Fənərbaxça” 17 illik həsrətə son qoya bilər
"Neftçi" serbiyalı futbolçu transfer etdi
Mourinyo "Real"da rəsmən təqdim olundu - Şəkillər
Robot Boltdan sürətli qaçdı, amma dayana bilmədi - Video
Seneqal millisini çalışdıracaq
"Sabah"ın rəqibində iki ayrılıq
"Qalatasaray" rus futbolçunun transferini həll etdi
"Hapoel”də “Sabah” həyəcanı
“Borussiya” Vermanı transfer etdi
Brunodan "Mançester Yunayted"ə rədd cavabı
Mourinyonun "Real"ında Arda Gülerin durumu necə olacaq?
Azərbaycanda ən çox azarkeş bu oyuna gəldi
Çalhanoğlu ən yaxşı komanda yoldaşlarını açıqladı
"Nyukasl" Dediçi transfer etdi
Yankoviç "Qarabağ"da qalacaqmı? - Özü açıqladı
Azərbaycandan Boliviya klubuna getdi
Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalında
PSJ-dən “Liverpul”a
“Qarabağ”ın sol cinahı sıradan çıxıb! - Şərh
Tanınmış futbolçu ərəb klubuna keçdi
"Barselona"dan "Ayaks"a - Rəsmi
Superliqada tura heç-heçə ilə yekun vuruldu
Güləşçilərimizdən iki medal - Dünya çempionatı
"Qarabağ"dan mövsümün ilk oyununda qələbə - Video
Qurban Qurbanov Sefasın durumundan danışdı
“Zamanla daha yaxşı “Şamaxı” görəcəyik” - Azər Bağırov
“İlk oyundan bizim üçün böyük siqnal oldu” - Qurban Qurbanov