"Hər mövsümün öz çətinliyi var. Asan mövsüm olmur. Burada bizim 1 illik əziyyətimiz var".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Musa Qurbanılı Misli Premyer Liqanın 36-cı turunun "Turan Tovuz"la matçından sonra jurnalistlərə müsahibəsində deyib.
O, bu mövsüm çempionluq yolunda "Sabah"ın "Qarabağ"a çətnlik yaratdığını bildirib: "Bizim meydandan kənarda çəkdiyimiz əziyyətlər, məşqlər görünmür. Bütün mövsümlərdə futbolçuların, məşqçilərin, klubun işçilərinin zəhməti var. Ona görə də hər il çempion olanda çox böyük sevinc yaşayırıq. Bu il bizə "Sabah" bir az çətinlik yaratdı. Bu da bizi sevindirir. İstəyərdik ki, "Neftçi", "Zirə", "Qəbələ" və digər klublarımız da çox inkişaf etsinlər, çempionatımız maraqlı olsun. Bu, bizə ancaq xeyir verə bilər".
21 yaşlı hücumçu bombardir olmadığına görə üzülmədiyini deyib: "Hər oyun qol vurmaq istəyirəm. Elə matç olmayıb ki, qol vurmaq istəməyim. Bu oyun da onlardan biri idi. Kim istəməz ki, bombardir olsun? Amma çox məyus olmuram. Şükür Allaha ki, 21 qol vurdum. Bombardir Ramil Şeydayev oldu. O da kənar adam deyil, özümüzünküdür. Onun üçün çox sevindim. Mən əlimdən gələni etdim. Xeyirlisi belə imiş".
O, Avropa klublarından birinə mümkün keçidi haqda qeyd edib: "Hələ ki, bu haqda dəqiq qərar verilməyib. Çempionatın bitməsini gözləyirdik. Baş məşqçimizlə bir yerdə qərar verəcəyik. Nəticədə gedib oynayası olan mənəm. Amma atamın da qərarı olmadan addım atmaram. Əlbəttə ki, onunla məsləhət olunacaq. Çünki, atamın həyatda və futbolda təcrübəsi məndən qat-qat çoxdur".
Millimizin də üzvü olan gənc forvard adının "Zaltsburq", "Poqon" klubları ilə hallanmasına da münasibət bildirib: "Təklifi kluba göndərirlər, mənim özümə yox. Rəsmi təklif olsa, yəqin ki, xəbərimiz olar. Maraqlananların olması normaldır. Çünki, gənc futbolçunun nəticəsi varsa, maraqlanan olur. Mən bunu ümumi məlumat olaraq bilirəm".
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər