"27 ildir baş məşqçi işləyirəm. Həyatımın ən gərgin və çətin oyunu bu idi. Çətinliklərə öyrəşmişəm, səbrliyəm. Sadəcə "Səbail"ə görə pis olmuşdum, məsuliyyət böyük idi".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 36-cı turunda "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyob.
Mütəxəssisin komandası bu qələbə sayəsində Premyer Liqanı tərk etmək riskindən qurtulub. Diniyev isə bildirib: "İçimdə olan bir söz var, deyəcəm. "Şamaxı"nın elitanı tərk etməsi Azərbaycan futboluna böyük zərbə olacaq. İdman prinsiplərini deyirsiz, lakin bu halda üç peşəkar çempionat olmalıdır. İdman prinsipləri varsa, nə üçün Divizionu sonuncu bitirən Region Liqasına düşmür? Verilən qərarla razı deyiləm. Cavid Hüseynov "Şamaxı"da yaxşı komanda qurub. Onlar üçün çətin olacaq. Son nəfəsimə qədər onların elitadan getməməsini istəyəcəm. İdman prinsiplərindən danışmaq düzgün deyil, sübut edə bilərəm. Region Liqasında çempion olan nə üçün Diviziona qalxmır? Ötən il Divizionda orta sıralarda qərarlaşan komandalar Premyer Liqaya çıxdı. Bəs reqlament? Sizi əmin edirəm, "Şamaxı"nı gələn mövsüm əvəzedə biləcək komanda olmayacaq. 12 komanda ilə daha yaxşı olar, rəqabət artar, futbolçular çoxalar. Bəzən idman prinsiplərinə göz yummaq lazımdır. Bəlkə də, hüquqi cəhətdən hansısa sualla məni otuzdura bilərsiz.
"AFFA İcraiyyə Komitəsinin üzvlərindən biri Vaqif Sadıqov sizin keçmiş iş yoldaşlarınızdandır. Ona bu sözləri çatdıracaqsız" sualına bu cür cavab verib: "Bəli, lazım olsa, bütün üzvlərə bunu deyə bilərəm".
"17 epizodumuz var ki, ya hakimlərin, ya VAR-ın qərarına görə sayılmayıb. Çempionatda ilk dövrədə 10, ikincidə 19 xal qazanmışıq. Əvvəl də 19 olsaydı, necə olardı? Mən nəyisə kiminsə üstünə atmıram. Bütün oyunlarda mübarizə aparmışıq, qorxaq futbol oynamamışıq". - deyə mütəxəssis əlavə edib.
"Ümid edirəm ki, bu fikirlərə görə İntizam Komitəsi sizi cəzalandırmaz" fikrinə bu cür münasibət bildirib: "Cəzalandırsınlar, "Şamaxı"ya görə olar.."
Çalışdırıcı gələcək mövsümdə komandada qalıb-qalmayacağı ilə bağlı söyləyib: "Yeni gəlmişəm, qoyun işləyək (gülür). Oyundan sonra klubun prezidenti ilə danışdım və əminliklə bildirirəm ki, gələn il daha iddialı komanda olacaq. Növbəti həftə yenidən görüşümüz olacaq. Əminliklə deyirəm ki, medallar üçün oynayan komanda quracağıq".
Mütəxəssis Premyer Liqada qalmağı bacardıqları üçün 5 min manat mükafat alacaqları haqda yayılan məlumatlar barədə deyib: "Xeyr, 7 min olacaq. Bu futbolçular buna layiqdir".
Diniyev növbəti mövsüm üçün planlardan danışıb: "Sponsorlarla danışacağıq və büdcə müəyyən olunacaq. Dəyişikliklər vacibdir. Keyfiyyətli və rəqabətli komanda qurmalıyıq. Hazırda da yaxşı oynayan oyunçularımız var. Heyətdə dəyişikliklər olacaq. Bir çox futbolçu bizimlə qalacaq. Komandadan razıyam, 27 futbolçunun hər birinə təşəkkür edirəm. Təzyiq altında olmalarına baxmayaraq, mübarizə apara bildilər. Son dəqiqədə meydanda yaşananlara görə hər kəsdən üzr istəyirəm. Futbolçularım soyuqqanlı olmalı idilər".
Çalışdırıcı futbolçusu Qoba Zakpanın ötən tur etdiyi ədəbsiz jestə də toxunub: "Onun vəziyyəti emosional bir şey idi və dəstəkləmirəm. Amma kiməsə qarşı edilmiş bir şey deyildi. Nə kin, nifrət var idi. Kaş mənə edərdi, mən bunu qəbul edərdim. Bəs, Felipe Santosun hərəkəti nə idi? Ona nə üçün cəza verilmədi? Məqsəd Zakpanın oynamaması idi. Nəticədə qələbə qazandıq və elitada qaldıq. Ədalət..."
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi