“Rəqibi təbrik edirəm. Açığı, “Qarabağ”la oyundan sonra bizim üçün hər şey bitmişdi. Çempionatdakı yerimizi təmin etmişdik. Bu səbəbdən də “Zirə” ilə matça stressiz, rahat çıxmışdıq”.
Qol.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının son turunda “Zirə”ə 0:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.
Mütəxəssis futbolçularının bu matça lazımi qədər köklənmədiklərini qeyd edib: “Futbolçuları bu cür matçlara kökləmək çətindir. Nə qədər danışsan da, matçın gedişində rahatçılıq olduğu görünürdü. Bu da başadüşüləndir. Premyer Liqada qalmağımıza görə bizə təbrik düşüb, düşmədiyini deyə bilmərəm. Amma son oyunlarda futbolçular çox əziyyət çəkdilər”.
“Sumqayıt”ın çalışdırıcısı əvvəlki qarşılaşmalardan fərqli olaraq bu dəfə ehtiyat oyunçular skamyasında sakit oturmasına belə münasibət bildirib: “Açığı, belə vəziyyət xoş deyildi. Çünki bilmirsən ki, futbolçunu oyuna necə kökləyəsən. Hayıf deyil gərginlik (gülür). Belə oynadığın oyundan sonra futbolçulara nə deyəcəyini də bilmirsən. Qınanılası bir şey də yoxdur. Bir tərəfdən də düşünürsən ki, cansağlığı baxımından bundan yaxşı şey yoxdur. Otur rahat oyununa bax, nə olar olar. Təki bütün matçlarımız gərgin keçsin”.
Abasov Sumqayıtın daha yaxşı komandaya layiq olduğunu vurğulayıb: “Qalan futbolçularla işimiz çoxdur. Gedəcək futbolçulara isə uğurlar arzulayıram. “Qarabağ”la oyundan sonra gələcək planlarımızın üzərində işləməyə başlamışıq. Məncə, bu şəhər daha yaxşı yerlərə, daha yaxşı futbola layiqdir. İnanıram ki, növbəti mövsüm fərqli olacaq”.
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi