Misli Premyer Liqasının 35-ci turu “Neftçi”nin iki futbolçusu üçün əlamətdar olub.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, “Kəpəz”lə Qəbələdə baş tutan səfər matçı Rəhman Hacıyev və Voyislav Stankoviçin yubileyi ilə yadda qalıb. Hacıyev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.30 yaşlı yarımmüdafiəçi Premyer Liqada 2008/09 mövsümündə debüt edib. İlk oyununa “Bakı” forması ilə çıxan Hacıyev 14 mövsüm ərzində 4 fərqli klubda çıxış edib. Onun hesabında 27 qol var. O, “Neftçi”də 144 (14 qol), “Bakı”da 44 (2 qol), “Şamaxı”da 44 (8 qol), “Sumqayıt”da 18 (3 qol) oyun keçirib.
Qəbələ şəhər stadionuna kapitan kimi çıxan Stankoviç isə Premyer Liqada 200-cü matçını keçirib. Debütü 2014/15 mövsümünə təsadüf edən 36 yaşlı serbiyalı müdafiəçi 8 mövsümdə 3 fərqli klubda forma geyinib. Onun hesabında 9 qol var. Debüt etdiyi “İnter”də (indiki “Şamaxı”) 12 (1 qol) matç keçirən arxa xətt oyunçusu “Qəbələ”də 92 (1 qol), “Neftçi”də 96 (7 qol) dəfə şans qazanıb.
Qeyd edək ki, “Kəpəz” – “Neftçi” oyununda bakılılar 3:1 hesabı ilə qalib gəlib.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!