"Bizim üçün çox vacib oyun idi. Üç xal qazana bildik. Aktiv və aqressiv bir komandaya qarşı oynayırdıq. Meydanda sona kimi mübarizə getdi. İlk hissənin ortalarına kimi o matça istədiyimiz kimi nəzarət edə bilmirdik. Get-gedə oyunu elə ala bildik. Xeyli sayda qol epizodlarımız oldu. Futbolçular sona kimi oyundan qopmadılar. Onlar özlərini intizamlı apara bildilər. Oyunçularımı təbrik edirəm. Bizim üçün faydalı matç oldu. “Qəbələ”yə uğurlar arzu edirəm".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 33-cü turunda evdə "Qəbələ"yə 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, heç vaxt hesab barədə düşünmürlər: "Bizim üçün vacib olan 90 dəqiqə oyun intizamını qoruyub-saxlamaqdır. Belə olanda qapında qol görmürsən. Əksinə, rəqib üzərində təzyiq yaradırsan. "Qəbələ" asanlıqla qol buraxan komanda deyil. Hücumda oynamağı daha çox xoşlayırlar. Belə hesab gözləmirik. Əlbəttə istəyirik. Hər qol komanda üçün inam verir. 1:0, 2:0 sürüşkən hesabdır. Bizim üçün qələbə vacib idi. "Qəbələ" son vaxtlar yüksəlişdə idi. Mənim üçün vacib olan düşündüklərimizi meydanda yerinə yetirmək idi".
O, komandadan gedəcək və gələcək futbolçuların siyahısının olub-olmaması ilə bağlı söyləyib: "Yox, hələ yoxdur. Hazırda bütün fikrimizi çempionata cəmləmişik. Danışıq apardığımız oyunçular var, lakin bu barədə dəqiq düşünməmişik.
Q.Qurbanov bu yaxınlarda Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədovun gələn ildən çempionatda Premyer Liqa klublarının minifutbol kollektivlərinin iştirak edə biləcəyi ilə bağlı açıqlamasına da münasibət bildirib: Minifutbol çempionatının keçirilməsi maraqlı təklifdir. Orxan müəllim son vaxtlar Azərbaycan futbolunda qeyri-adi fikirlər irəli sürür. Sanki, futbolu sevdirmək üçün gözəl addımlar atır. Futbolun sevdirilməsi üçün xüsusi addımlar atılır. İmkan olsa, özüm də oynamaq istəyərəm. Bu cür turnirlər futbola sevgini daha da artırır. Mən “yox” demərəm”.
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb