"Gözəl və vacib qələbə idi. Bu gün bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Bu qələbəni dar gündə komandanın arxasında dayanan fanatlara hədiyyə edirik”.
Qol.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 33-cü turunda “Neftçi”ni 4:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, nəticə ilə yanaşı, komandasının sərgilədiyi oyundan da razıdır: "Neftçi"yə qalib gəlmək xoşdur. Doğma meydanda qələbə qazanmağımız vacib idi. Çünki çoxdandır ki, çempionat matçlarında evdə qələbə qazanmırdıq. Futbolçularıma təşəkkür edirəm. Verilən tapşırıqları yerinə yetirdilər. Həm oyundan, həm də nəticədən razıyam".
A.Abbasov bildirib ki, komandasında “Neftçi”ni məğlub etmək istəyi çox olub: “Kubokla bugünkü matçı müqayisə etməzdim. Tam fərqli oyunlar idi. Bu gün "Neftçi" həmin matçdakı kimi oynamadı. Bəlkə də, biz finala vəsiqə qazansaydıq, oyunlarımız daha ağır keçərdi. Futbolçularımda "Neftçi"ni udmaq istəyi daha çox idi. Azarkeşlərimizin qarşısında qalib gəlmək istəyirdik. Futbolçularımızın hücumda belə aktiv olması, hücumçularımızın qol vurması bizi çox sevindirir. Bu, mövsümün əvvəlindən istədiyimiz oyun idi. Sadəcə vaxt lazım idi”.
“Turan Tovuz”un çalışdırıcısı "Neftçi" ilə kubok matçında səhvinin olması fikri ilə razılaşmayıb: “Yarımfinalda səhvlərimizin olması fikrini qəbul qəbul etmirəm. O oyunda nə lazım idi demişdik. Sadəcə futbolçularımız son 15 dəqiqə stress yaşadı. Çox deyirlər ki, komanda müdafiəyə çox çəkilmişdi. Amma buna bizi rəqib məcbur etmişdi. Etdiyimiz dəyişikliklərə baxın. Hücumameyilli futbolçu buraxdıq oyuna. Matçdan sonra müzakirələr normaldır. Oyunu analiz etmişəm. Komandamızın bir az soyuqqanlı olmaması bizə maneçilik törətdi. Rəqibin real epizodu yox idi. İki oyunu da yaxşı oynamışdıq”.
Mütəxəssis bugünkü oyunda het-trik edən Runi Evanın çıxışı barədə bunları söyləyib: “Runi çox artırdı. Hücumçuların çempionatımıza uyğunlaşması çətindir. Amma Runi öz komandasını tapıb. Qol vurması bizi sevindirir. Səhv etmirəmsə, 5-6-cı turda, "Qarabağ"la oyundan sonra mənə sual vermişdilər ki "Runini nəyə gətirmisiz?". Onda 4-5 qolu var idi. Bu sual mənə qəribə gəlmişdi. Runinin bu gün 15 qolu var. Təbii ki, təklifləri olacaq. O da peşəkardır, qərar verməlidir. Biz də onun komandada qalmasını istəyirik”.
Ayxan Abbasov standart vəziyyətlərdən çox qol vurmalarının səbəbini belə izah edib: “Həftə ərzində bunun üzərində çalışırıq. Rəqibin kimliyinin fərqi yoxdur. Roderik Millerin gəlməsindən sonra standartlar üstünlüyümüzə çevrilib. Ötən turda da standart vəziyyətlərdən qollar vurduq. Bu, bizi sevindirir”.
Abbasov deyib ki, kubokda yarımfinala yüksəlmək futbolçularda stress yaradıbı: “Kubok bizim üçün yük idi. Gələcəyimiz üçün geniş heyətimiz olmalıdır. Bəzi oyunlarda dəyişikliklərdə çətinlik yaşadıq. Özümüz də fikirləşirdik ki, kubok matçından sonra komanda yüngülləşəcək. Görünən də odur”.
Sonda o, “Neftçi”nin müdafiəçisi Solomon Kvirkeveliya ilə aralarında nə baş verməsinə aydınlıq gətirib: “Oyunçunun gəlib azarkeşlərə əl işarəsi ilə sakit dayanmağı göstərməsi qıcıqlandırıcıdır. Ona normal şəkildə dedim ki, buna ehtiyac yoxdur. Çünki hər şey ola bilər. Ola bilər ki, mən də fikrimi sərt dedim, o da. Mən müdaxilə etməsəydim, azarkeşlərlə futbolçu dialoqa girəcəkdi. Ümumiyyətlə, neçə gündür ki, bu oyunun mediada ajiotajı var idi. Kubok matçından sonra rəqibin sevincinin videosu çıxmışdı. Biz də, bunu normal qarşılayırdıq”.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar
Derbidə üz tanıma sistemindən istifadə ediləcək
"Lill" - "Qalatasaray" matçının heyətləri açıqlandı
“Barselona”nın futbolçusu “El Klasiko”nu buraxacaq
“Fənərbaxça”da ciddi itkilər var
“Keçmiş klubuna qarşı oyunlar həmişə xüsusi olur”