"Bu gün Premyer Liqada hakimlik elə də yaxşı səviyyədə deyil".
Bu sözləri Qol.az saytına geniş müsahibəsində Peşəkar Futbol Liqasının keçmiş prezidenti Ramin Musayev deyib. O, hazırda Premyer Liqamızın matçlarına təyinat alan hakimlərin qərarlarından narazılığını ifadə edib:
"Bu mövzuda itirən futbolçular olur. Əziyyət çəkirlər. Hərdən bunu deyəndə bəzi insanlar cavab verirlər ki, futbolçular 90 dəqiqə qaçırlar də. Bunu deyən adam gəlsin, özü 15 dəqiqə qaçsın. Hakimlərlə çalışmaq lazımdır. Bəlkə də AFFA rəhbərliyi məndən inciyəcək. Amma inciməli deyillər. Çünki gərək, düzünü deyəsən. Bu gün bizim Hakimlər Komitəsinin sədri əcnəbidir. Niyə bizim yerli keçmiş hakimlərimizdən istifadə etmirik? Axı, onlar bilir ki, bu hakim kimdir, futbola hansı niyyətlə gəlir. Eləsi var, pula görə, eləsi də var, futbolu sevir deyə gəlib. Bunların hamısı böyük məna kəsb edir. Bu gün futbola rəhbərlik etməyə nə var ki? Gecə saat 2-yə qədər kabinetdə müzakirə gedirdi. Çünki bir hakim küncdən zərbəni düz verməmişdi. Bu komandaya verilməli idi, o birinə verilmişdi. Amma bu gün təmiz penalti təyin olunmur, təmiz qol qeydə alınmır. Heç bundan danışan varmı? Allaha and olsun, hakim qərarlarına görə üstümə silahla gəlmişdilər. Hakim oyuna çıxanda ona hücum edirdilər. Şükürlər olsun, bunların qarşısını aldıq".
Qeyd edək ki, R.Musayev geniş bir müsahibədə bir çox maraqlı fikirlər səsləndirib. Müsahibəni tezliklə Qol.az saytından oxuya bilərsiniz.
Nur Zeynalova
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda