“Bilirdik ki, bizi ağır oyun gözləyir. Sıx qrafikdə oynadığımız üçün çətinliklər öncədən görsənirdi. Amma düşünürəm ki, komandam bu gün yaxşı mübarizə aparıb, layiqli qələbə qazandı”.
Qol.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 32-ci turunda “Səbail” üzərində qazanılan 4:2 hesablı qələbəni şərh edərkən deyib.
Mütəxəssis 3:0-dan sonra qapılarına 2 qol görmələrinə belə aydınlıq gətirib: “3:0-dan sonra komandanın tempi aşağı salması normaldır. Sevindirici haldır ki, komanda özündə güc tapıb 4-cü qol vurdu”.
Baxşıyev eyni anda 3 futbolçunu əvəzləməsinin səbəbini belə izah edib: “Əvəzetmələri futbolçuların durumuna görə edirik. Emin Səfərov, Omar Hani meydana daxil olduqdan sonra tempi ələ aldıq. Bəzi futboçuların durumu 90 dəqiqə oynamağa hazır deyildi. Asif Məmmədov bizi üçün önəmli oyunçudur. Sadəcə qarşılaşmadan öncə xəstələnmişdi. Hətta bu gün meydana çıxması sual altında idi. Amma xarakter göstərib oyuna çıxdısa, komanda şəklində ona təşəkkür edirik”.
O, Murad Musayevin səhvlərini hazırlıqla bağlamayıb: “Tək Murad səhv etmir, Məqsəd də səhv, Ruan da. Sırf onun üzərində dayanmırıq. Bu səhvlər hazırlıqla bağlı deyil”.
E.Baxşıyev son matçlarda qapıda Atanqanaya şans verməsindən də danışıb: “Bəli, son matçlarda Atanqananın üzərində dayanırıq. Amma səviyyəcə o da, Səlahət Ağayev də eynidir. Kim daha hazır olursa, o da meydana çıxır”.
“Qəbələ”nin çalışdırıcısı rəqibin 2-ci hissədə üstünlüyü ələ almasının etdiyi əvəzetmələrlə bağlı olmadığını vurğulayıb: “Üstünlüyü 3 futbolçunun əvəzlənməsinə görə rəqibə vermədik. Sadəcə hesab belə oynamağımıza gətirib çıxarırdı. Düşünürüm ki, əvəzetmə etməsəydik belə, tempi aşağı saldığımıza görə rəqib üstünlüyü ələ alacaqdı. Unutmayaq ki, 4 gündən bir oynayırıq. Ona görə də eyni tempi saxlamaq ağırdı”.
Mütəxəssis Yaovi Akakpoya şans verməməsi barədə sualı belə cavablandırıb: “Oyun elə gedirdi ki, rəqib üstümüzə gəlirdi. Buna görə də daha bir hücumumeyilli oyunçu buraxmağa ehtiyac duymadım. Yaovi inandığımız futbolçudur. Onunla müqaviləni yeniləyəcəyik. Sadəcə onun mövqeyində oynayan futbolçular hazırda pik formadadırlar”.
Baxşıyev transfer çalışmalarından da söz açıb: “Yerlilərdən Urfan Abbasovla müqaviləni yeniləmişik. Yaovi ilə də razılıq əldə olunub. Proses davam edəcək”.
Sonda mütəxəssis yeni mövsümdə "Qəbələ"də qalıb-qalmayacağı barədə sualı cavablandırıb: “Mən “Qəbələ”də yeni sima deyiləm. Hələ ki, buradayam. Mətbuatda nə qədər xəbərlər çıxsa da, “Qəbələ”nin baş məşqçisiyəm və bütün fikrim buradadır”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"