"Qəbələ"ni təbrik edirəm. Finala bənzər bir oyun idi. İstək, xarakter, emosiyalar var idi. Birinci hissədə biz daha dominant futbol oynadıq. Üç qol vəziyyətimiz oldu, istifadə edə bilmədik".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Dİniyev Azərbaycan kubokunun "Qəbələ" ilə tarımfinalının cavab matçından sonra mətbuat konfransında eyib.
O,0:1 hesablı məğlubiyyəti belə şərh edib: "46-cı dəqiqədə gördüyümüz qırmızı vərəqə bütün planlarımızı pozdu. Bir neçə oyundur rotasiya edirik. Üç gündən bir oyunlara gücümüzü saxlamağı düşünürdük. Komandama təşəkkür edirəm, xarakter göstərdilər. Qırmızı vərəqələr oyun epizodu idi, buna etiraz edə bilmərik. Adil Nağıyevin aldığı qırmızı vərəqə isə yersiz idi. Düzdür, çox şeyi dəyişməyəcəkdi. Amma oyun nizam-intizamı var. Onun hərəkətini heç bəyənmədim. Özünə də iradımı bildirdim. Hakimin gözündən qaçan bəzi kiçik foullar var idi. Onlar da böyük fəlakətə gətirib çıxarırdı. Komandanın göstərdiyi oyun xoşuma gəlir. Artıq oturuşmuş oyun sistemimiz var. Qarşıda beş oyunumuz var. Şanslarımız var. Bundan maksimum dərəcədə istifadə etməyə çalışacağıq. Artıq rotasiyalar qurtardı. Əsas heyətin futbolçuları oynadıqdan sonra nəticə olacaq. İnanıram ki, Qəbələdən uğurlu nəticə ilə qayıdacağıq".
Ş.Diniyev 10 gün ərzində "Qəbələ" ilə 3-cü dəfə qarşılaşacaqları ilə bağlı isə deyib: "Bu gün oyundan əvvəl bu sözü dedim. Eyni rəqibi 6 dəfə təhlil etmişik. Futbolçulara dedim ki, artıq kimin necə oynadığını özünüz bilirsniz. Bir rəqiblə 6 dəfə oynamaq çox çətindir. Məcburuq. İrəli getməliyik. Premyer Liqada qalmaq istəyiriksə, irəlidə oynamağa məcburuq".
Baş məşqçi yersiz qırmızı vərəqə alan futbolçusu Adil Nağıyevi intizamsızlığına görə cəzalandırmayacağını bildirib: "Həm komandanın içində, həm də təklikdə ona sözümü dedim. Düşünürəm ki, səhvini anladı".
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"