Kritiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" çempionluq yolunda ciddi zərbə alıb.
Qol.az xəbər verir ki, onun kapitanı olduğu komanda Səudiyyə Ərəbistanı çempionatının 24-cü turunda səfərdə "Əl-Hilal"a uduzub (0:2).Bu nəticədən sonra ikinci pillədəki "Əl-Nəsr"lə (53 xal) lider "Əl-İttihad" (56) arasında xal fərqi 3 olaraq qalıb. Amma "Əl-İttihad"ın ehtiyatda bir oyunu da var.
"Əl-Hilal" - "Əl-Nəsr" matçında meydan sahibi komandanın minlərlə fanatı matçın əvvəlində Kriştiano Ronaldonu təxribata çəkən şüarlar səsləndiriblər. Onlar 90 dəqiqə ərzində bir neçə də "Messi, Messi" şüarı səsləniriblər.
Bunun Ronaldonun oyununa təsir isə o olub ki, komandası uduzub, özü isə qol vura bilməyib. Matç bitəndən sonra Ronaldo azarkeşləri bu şüarına qeyri-etik jestlə cavab verib.
Qeyd edək ki, daha əvvəl "Əl-Nəsr"in başqa oyunlarında da rəqib fanatlar Ronaldonu qıcıqlandırmaq üçün "Messi" şüarı səsləndiriblər.
“Pley-off”da final günü
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu
Münhen klubunu tərk edəcək
Umarali Raxmonaliyevin yığması qələbə qazandı
Messi Zambiyaya qarşı meydana çıxacaq
Arteta London klubunda qalacaq
"Yuventus" "Mançester Yunayted"in futbolçusuna göz dikdi
PSJ, "Bavariya", yoxsa Səudiyyə Ərəbistanı?