"Barselona"nın hücumçusu Robert Levandovski azarkeşlərin tənqidlərinə münasibət bildirib.
Qol.az "Som I Serem FCB" Tvitter səhifəsinə istinadən xəbər verir ki, polşalı hücumçu deyib:
“Bəzi azarkeşlər unudurlar ki, biz də onlar kimiyik. Bizim də şəxsi həyatımız var. Onlar düşünürlər ki, biz maşınıq, robotuq, bəzən pis əhval-ruhiyyədə ola bilmərik. Hamı eyni zehniyyətə malik deyil. Lakin insanlar da var ki, elə zənn edirlər ki, biz əşyayıq, sadəcə məşq edir və futbol oynayırıq və özəl həyatımız ola bilməz".
34 yaşlı Levandovski bu mövsüm "Barselona"nın heyətində 32 oyunda 25 qol vurub və 6 məhsuldar ötürmə edib.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı