Türkiyə klubları bu mövsüm üçün Avropa kuboklarında mübarizəni başa vurublar.
Qol.az xəbər verir ki, "Fənərbaxça" Avropa Liqasının, "Başakşehir" və "Sivasspor" isə Konfrans Liqasının 1/8 final mərhələlərində uduzaraq çıxışlarını dayandırmalı olublar.
"NTV Spor"un saytının yazdığına görə, bu mövsüm Türkiyə qitəmiqyaslı yarışlara reytinqdə 20-ci yerdən başlayıb və 8 pillə irəliləyərək 12-ci pilləyə yüksəlib. Reytinqdə 13-ci pillədə olan "Bazel" mübarizəni davam etdirdiyindən növbəti turlarda Türkiyə ilə İsveçrə arasında yerdəyişmə mümkündür. Bununla belə, Türkiyə hər iki şərtdə 2024/25 mövsümünə UEFA turnirlərinə 5 komanda göndərəcək. Onlardan 2-si Çempionlar Liqası, 1-i Avropa Liqası, 2-si isə Konfrans Liqasında yarışacaq.
Türkiyənin ÇL-in qrupuna birbaşa iştirakı üçün ölkənin UEFA reytinqində ilk onluğa girməsi lazım idi. Amma hər üç komandanın uduzması ilə qardaş onlar bu şansı itiriblər.
Qeyd edək ki, Türkiyə 2022/23 mövsümündə Avropa kuboklarında 5 komanda ilə iştirak edib.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı