İcarə əsasında "İnter"də oynayan Romelu Lukaku bu mövsümün sonunda müqavilə ilə məxsus olduğu "Çelsi"yə qayıdacaq.
Qol.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, bu barədə İtaliya klubunun baş direktoru Beppe Marotta məlumat verib: “İcarə müddəti bir mövsüm idi və iyunun 30-da başa çatır. Performansından asılı olmayaraq, Lukaku mövsümün sonunda "Çelsi"yə qayıdacaq.
Qeyd etməliyəm ki, dünya çempionatının qışda keçirilməsi səbəbindən bu mövsüm təkcə biz yox, bütün digər komandalar da problemlərlə üzləşirik. H Lukaku nümunədir, Brozoviç də əvvəlki kimi oynamır. Hər ikisi zədə alıb və tam sağalmayıb. Lukaku əsas gücü olan formanı əldə edə bilmir. Bu nöqteyi-nəzərdən o, artıq əvvəlki illərdəki kimi deyil”.
Lukaku daha əvvəl 2019-2021-ci illərdə " İnter" də çıxış edib və 95 matçda 64 qol vurub. Bu mövsüm o, klubda 18 oyunda 5 qola imza atıb.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı