PSJ hücumçu Lionel Messi və müdafiəçi Serxio Ramosun müqaviləsini uzatmaqla bağlı danışıqları dayandırıb.
Qol.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi oyunçularla danışıqları bərpa etmək üçün mövsümün sonuna qədər gözləyəcək. Bildirilib ki, maliyyə feyr-pley qaydalarına pozan PSJ-yə qarşı yeni sanksiyalar təhlükəsi səbəbindən vəziyyət mürəkkəbləşib.
Klub bu yaxınlarda illik 400 milyon avro itki verib və yaxın həftələrdə maaş məbləğini azaltmağa çalışacaq. Paris təmsilçisi futbolçularla feyr-pley qaydalarını nizama saldıqdan sonra yeni müqavilə imzalaya bilər.
Qeyd edək ki, Fransa mətbuatı PSJ-nin feyr-pleyə əməl etmək üçün 5 oyunçu ilə yolları ayırmağı planlaşdırdığı barədə xəbərlər yayılmışdı.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı