Braziliya millisinin sabiq müdafiəçisi Roberto Karlos ingiltərəli məşqçi Roy Hocsonun onun karyerasına zərbə vurduğunu bildirib.
Qol.az "The Sun"a istinadən xəbər verir ki, 1995/1996 mövsümündə "İnter"də Hocsonun rəhbərliyi altında çıxış edən Karlos keçmiş baş məşqçisi haqda deyib:
“Roy Hocson məni məhv etdi. O, məni yarımmüdafiənin mərkəzində oynadırdı. Belə bir oyunla Braziliya millisinə düşmək şansım olmadı. Buna görə də 1997-ci ildə keçirilən Amerika Kubokunda iştirak etmədim.
Məsələ yola getməməyimizlə bağlı deyil. Onun futboldan xəbəri yox idi. Ona görə də “İnter”in o vaxtkı prezidenti Massimo Moratti ilə danışdım və məni buraxmasını xahiş etdim”.
Qeyd edək ki, 1995/1996 mövsümünün sonunda Roberto Karlos "Real"a keçib. O, Madrid klubundakı 11 illik karyerası ərzində 3 dəfə Çempionlar Liqasının qalibi olub.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı