Devid Bekhemin sahibi olduğu ABŞ-ın "İnter Mayami" klubu PSJ-nin hücumçusu Lionel Messiyə növbəti təklifi göndərib.
Qol.az xəbər verir ki, bu barədə jurnalist Nikola Şkira özünün "Tvitter" səhifəsində yazıb.
O, Mayami klubunun 35 yaşlı futbolçuya çox sərfəli maliyyə şərtləri ilə təklif irəli sürdüyünü bildirib. PSJ isə argentinalı ulduza 2024-cü ilə qədər müqavilə təklif edərək onu Fransa klubunda qalmağa razı salmaq istəyir. Messinin qarşıdakı bir neçə həftə ərzində gələcəyi ilə bağlı qərar verəcəyi gözlənilir.
Xatırladaq ki, Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonunda başa çatır. Futbolçunun özü bu yaxınlarda verdiyi müsahibədə Paris klubunda rahat olduğunu, şəhərə və PSJ-yə tam uyğunlaşdığını bildirib.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası