İspaniyanın “Xetafe” klubunun oyunçusu Enes Ünal "Barselona"nın sabiq futbolçusu Lionel Messinin rekordunu yeniləyib.
Qol.az "Opta"ya istinadən xəbər verir ki, türkiyəli hücumçu 2:2 hesabı ilə başa çatan görüşdə sonuncu qolu vurmaqla buna nail olub.
Matçın baş hakimi oyuna 10 dəqiqə əlavə edib və final fitindən əvvəl VAR-a baxdıqdan sonra “Kadis”in qapısına penalti təyin edib. 90+16-cı dəqiqədə Ünal 11 metrlik zərbəni qola çevirib.
Bununla da Türkiyə millisinin üzvü 21-ci əsrdə İspaniya çempionatında ən gec vurulan qolun müəllifi olub. O, 2008-ci ildə “Barselona”nın heyətində “Espanyol”a 90+13-cü dəqiqədə penaltidən qol vuran Messini qabaqlayıb.
Qeyd edək ki, Enes Ünal hazırda 12 qolla La Liqada bombardirlər siyahısında 2-cidir. O, yalnız "Barselona"nın hücumçusu Robert Levandovskidən geri qalır. Polşalı forvardın 15 qolu var.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası