“Əvvəlki illərdə olduğu kimi, tüklərim biz-biz oldu. Biz buna layiqik. Təbii ki, ilk 1/4 finalın daimi üzvü olacağımızı düşünə bilməzsiniz, amma indi biz buradayıq və mübarizəmizi davam etdirəcəyik. Fürsətləri ələ keçirmək lazımdır".
Qol.az xəbər verir ki, bu sözləri "La Gazetta dello Sport"a açıqlamasında "Milan"ın canlı əfsanəsi Paulo Maldini deyib.
Hazırda klubun idman direktoru olan keçmiş müdafiəçi "Milan"ın Çempionlar Liqasında tarixi ənənəsinin olduğunu xatırladıb:"Bu səyahətə haradan başladığımızı bilirik, amma onu harada bitirəcəyimizi hələ də bilmirik. Gənc komandamız var. Baş məşqçimiz Pioliyə inanırıq".
Maldini ÇL-in 1/4 finalında İtaliya klubuna rəqib olmaq istəmədiklərini deyib: "A seriyasının qalibi olmağımız çətin görünür. Amma biz ilk 4-lüyə düşməliyik. Çempionlar Liqasının püşkatma mərasiminə gəlincə, mən İtaliya komandalarından qaçmağa üstünlük verərdim. Amma indi bütün rəqiblər bizə yaraşır. İndi "Bavariya", "Mançester Siti " və "Real" səviyyəsində oynayacağımızı gözləmək düzgün deyil. Amma bu klublardan biri qarşımıza çıxsa, o zaman layiqli mübarizə aparacağıq".
Qeyd edək ki, A seriyasında 47 xalla 5-ci pillədə olan son çempion "Milan" UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanıb.
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı
Elçin Məsiyev Çempionlar Liqasının oyununda
Azərbaycan millisi üçün yeni rəqib
Şotlandiya millisinin sabiq qapıçısı karyerasını başa vurdu
“Kaş “Qarabağ”a bircə qol vuraq!..”- Reykyavikdən reportaj
"Qarabağ"ın İslandiyadakı 3 qolu - Video