"Qarabağ"ın sabiq hücumçusu İbrahima Vadji son oyunlarda uğurlu çıxış edir.
Seneqallı hücumçu bu mövsümün əvvəlində Ağdam klubundan Fransanın ikinci liqa təmsilçisi "Sent-Etyen"ə transfer olunub (rəsmən açıqlanan təzminat qiyməti: 1 milyon 600 min avro). Lakin ilk vaxtlarda 27 yaşlı oyunçunun çıxışı uğurlu alınmayıb. O, 2022-ci ildə 12 rəsmi matçda "Sent-Etyen"də cəmi 3 qol vura bilmişdi. Sonradan ehtiyat heyətdə yer alan Vadjinin qış transfer pəncərəsi dövründə hətta icarəyə göndərilməsi məsələsi də var idi.
Qol.az xəbər verir ki, bu yaxınlarda komandanın digər hücumçusu Qaetan Şarbonyenin zədələnməsindən sonra Vadji yenidən daha çox oynamaq şansı qazanıb. O, Liqa-2-də fevral ayındakı bütün matçlarda əsas heyətdə yer alıb. 4 görüşdə start 11-likdə meydana çıxan Vadji 3 qol vurub. O, hərəsində bir dəfə olmaqla "Ansi", Nim" və "Po" ilə görüşlərdə fərqlənə bilib.
Ümumən Vadji bu mövsüm Liqa-2-də 18 oyun keçirib, 6 qol vurub və 2 qolun ötürməsini edib. Mərkəz hücumçusu 3 görüşdə isə sarı vərəqə alıb.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
"Ayaks" braziliyalı hücumçu transfer etdi
“Qarabağ” - SSKA matçının biletləri satışa çıxır
Salah "Beşiktaş"da oynayacaq?
"Sumqayıt"dan "Şamaxı"ya keçdi
Mundialın final matçında fasilə müddəti müəyyənləşdi
"Dünya çempionu olsaq, millidən gedəcəyəm"
"Şəfa" "İmişli" ilə heç-heçə etdi
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
"Sumqayıt" onu da göndərdi
FİFA dünya çempionatı tarixində ilkə imza atacaq
Premyer Liqadan düşən klubunu yarı yolda qoymadı
"Karvan-Yevlax"dan getdi
Laporta: "İspaniya dünya kubokunu qazanacaq"
Ernan Kresponun yeni klubu
Dünya çempionlarına xüsusi üzüklər veriləcək - Şəkil
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - Video
"Sabah"ın "KuPS"la oyunlarının hakimləri məlum oldu
“Qarabağ” SSKA-nı keçsə… - Mümkün rəqiblər
"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
"Arsenal" Trossarın əvəzləyicisini tapdı