Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu həftə Türkiyə superliqasında debüt edə bilər.
Qol.az xəbər verir ki, bu haqda Konyanın "Yeni Haber" nəşri məlumat yayıb. 25 yaşlı hücumçunun yeni komandası olan "Konyaspor" 23-cü turda "Giresunspor"u qəbul edəcək. Görüş martın 5-i, Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Bildirilib ki, hücumçulardan Mame Diuf cəzalı duruma düşüb, Muhammet Demir isə məşqlərdə iştirak etsə də, onun qarşıdakı matçda iştirakı real görünmür. Qəzetin yazdığına görə, Mamenin yoxluğu səbəbindən start heyətdə Emreli yer alacaq.
Qəzet həmçinin yazıb: "Dinamo" Zaqrebdən mövsümün sonuna kimi icarəyə götürülən Emrelidən "Konyaspor"da gözləntilər yüksəkdir. Uzun boya malik yeni transfer əsasən cinahlardan Gilyerme və Ahmet Oğuzdan gələcək ötürmələri gözləyəcək".
Qeyd edək ki, hazırda "Konyaspor" 22 oyundan 27 xalla turnir cədvəlində 8-ci yeri tutur.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı