İspaniya məhkəməsi prokurorluğun apardığı araşdırmadan sonra keçmiş futbolçu Arda Turanı “Atletiko" və “Barselona”da oynadığı dövrlərdə vergidən yayınmaqda ittiham edib.
Qol.az xəbər verir ki, İspaniyanın “Vozpopuli” qəzetinin məlumatında Türkiyə millisinin sabiq üzvünün 2015-2016-cı illərdə 828 min avro vergidən yayındığı bildirilib.
Xəbərdə A.Turanla bağlı 2021-ci ildə başladılan istintaqın tamamlandığı və Barselonadakı məhkəmənin prokurorluğun ittihamından sonra ilk iddianı qaldırmağa hazırlaşdığı vurğulanıb. Ancaq istintaqın başlamadan razılaşma yolu ilə bağlana biləcəyi qeyd edilib.
İspaniyada 2015-ci ildə 499 min 740 avro, 2016-cı ildə isə 328 min 351 avro vergidən yayınmaqda günahlandırılan sabiq oyunçunun qarşıdakı həftələrdə Barselonaya gedərək məhkəmə qarşısında Maliyyə Nazirliyi ilə razılığa gələrək bu məsələni həll edə biləcəyi yazılıb.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı