İngiltərə liqa kubokunun qalibi olan "Mançester Yunayted" komandanın sabiq futbolçusu Kriştiano Ronaldoya da medal verə bilər.
Qol.az xəbər verir ki, bu barədə jurnalist Canluka di Marzio məlumat yayıb. Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı hücumçu bu mövsümə "Mançester Yunayted"də başlayıb.
İngiltərə liqa kubokunun qaydalarına əsasən, qalib komanda 30 medal alır ki, bu da klubun oyunçularına verilir. “Mançester Yunayted” turnir zamanı 27 futbolçudan istifadə edib. Ötən ilin noyabrında klubdan ayrılan Ronaldo isə onların arasında olmayıb. Qalan üç medalın taleyini klub özü həll edəcək.
Beləliklə, Ronaldo turnirin qalibi olduğu üçün medal ala bilər. Lakin heç bir oyuna çıxmadığı üçün kubokun sahibi sayılmayacaq.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı