PSJ-nin futbolçusu Lionel Messi klub karyerasında 700-cü qolunu vurmaqla ilkə imza atıb.
Qol.az xəbər verir ki, argentinalı hücumçu TOP-5 liqalarda 700 qol həddinə çatan ilk futbolçu olub. Daha əvvəl bunu heç kim bacarmayıb.
Messinin "Barselona"da 672, PSJ-də isə 28 qolu var. Bu göstəriciyə çatmaq üçün 35 yaşlı forvarda 840 matç lazım olub.
2022-ci ilin oktyabrında o vaxt “Mançester Yunayted”də oynayan Kriştiano Ronaldo da klub karyerasında 700 qol həddini keçib. Ancaq Portuqaliya çempionatı TOP-5 liqaya daxil olmadığına görə hazırda "Əl-Nəsr"də oynayan Ronaldonun "Sportinq"də vurduğu 5 qol hesablamada nəzərə alınmır.
Qeyd edək ki, Messi 700 qol həddinə ötən gecə Fransa Liqa 1-in 25-ci turunda keçirilən "Marsel"lə matçda (3:0) fərqlənməklə çatıb.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı