Azərbaycanın cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.
Qol.az xəbər verir ki, Zelim Kotsoyev (100 kq) hamıdan güclü olub. O, həlledici qarşılaşmada niderlandlı Mixael Korrelə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Uşangi Kokauri (100 kq+) isə monqolustanlı Tsetsensengel Odxugiyn ilə mübarizədə məğlub olaraq gümüş medala yiyələnib.
90 kq-da yer alan Məmmədəli Mehdiyev isə bürünc medal uğrunda görüşdə braziliyalı Rafael Makedondan üstün olub.
Qeyd edək ki, daha əvvəl 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov gümüş medal qazanıb.
* * *
İsrailin Təl-Əviv şəhərində təşkil olunan cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.
Qol.az xəbər verir ki, Azərbaycanın iki cüdoçusu yarışda finala yüksəlib. Bunlar Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauridir (100 + kq).
Onlar qızıl medal uğrunda qarşılaşmada müvafiq olaraq niderlandlı Mixael Korrel və monqolustanlı Tsetsensengel Odxugiyn ilə üz-üzə gələcəklər.
Məmmədəli Mehdiyev (90 kq) bürünc medal uğrunda görüşdə braziliyalı Rafael Makedonla görüşəcək.
Yarışın son günündə mübarizəyə qoşulmuş digər Azərbaycan cüdoçusu Camal Qamzatxanov (100+ kq) isə 1/8 finalda uduzaraq medalsız qalıb.
Qeyd edək ki, hələlik Azərbaycan millisinin aktivində bir gümüş medal var. Yeganə mükafatı 66 kq-da Orxan Səfərov qazanıb.
* * *
İsrailin Təl-Əviv şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə bu gün yekun vurulacaq.
Qol.az xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin 4 üzvü mübarizəyə qoşulacaq.
90 kq-da çıxış edən Məmmədəli Mehdiyev türkmənistanlı Məmmədəli Açıldıyevlə üz-üzə gələcək.
100 kq-da yer alan Zelim Kotsoyevin rəqibi Rafael Buzakarini (Braziliya) - Tomas Brisenyo (Çili) görüşünün qalibi olacaq. 100 kq-dan yuxarı çəkidə yarışan Uşangi Kokauri Mirça Krotoriy (Rumıniya) - Freddi Fiqeroa (Çili) cütünün, Camal Qamzatxanov isə Xose Nova Alkantara (Dominikan Respublikası) - Losseni Kone (Almaniya) cütünün güclüsünü sınağa çəkəcək.
Qeyd edək ki, yarışın ilk günündə Orxan Səfərov (66 kq) gümüş medal qazanıb.
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türkilər “Liverpul”un baş sponsoru olur - Rəsmi
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...