"Bizim üçün yaxşı oyun oldu. Əvvəldən sona qədər nəzarət bizim tərəfimizdə idi. Şanslar zamanı daha konsentrasiyalı olmalı və ötürmələri daha tez etməliyik. Hesaba görə o qədər də emosiyalarım çox olmadı. Bu inamı mənə futbolçularım verib. Meydana çıxma formaları məndə inam yaratdı. Bu cür davam etməliyik. Artıq ikinci oyundur, eyni heyətlə çıxış edirdik. Bu, komanda üçün çox müsbət haldır. Belədə, bir-birlərini daha yaxşı tanıyırlar və oyunumuz yaxşılaşmağa doğru gedir".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 21-ci turunda "Sumqayıt"a qalib gəldikləri matçdan (2:0) sonra keçirilən mətbuat konfransında deyib.
Regekampf rəqibin çalışdırıcısı Samir Abasovun oyundan sonra səsləndirdiyi fikirlərə də toxunub. S.Abasov öz komandasının "Neftçi"dən daha yaxşı çıxış etdiyini bildirib. Regekampf isə deyib: "Buna nə cavab verim? Belə sözləri şərh edə bilmərəm. Oyuna baxmalı və nəticəni görməlisiniz. Bu, onun fikridir və hörmətlə yanaşmalıyıq".
Regekampf futbolçusu Azər Əliyevin oyunu barədə danışıb: Düşünürəm ki, Azər mərkəzdə oynaya bilər. Daimi çıxış etdiyi mövqe sol cinahdır. Orada bizim üçün yaxşı oyunlar keçirib. Eddi bizimlə olmadığı üçün yerli oyunçuya ehtiyacımız var. Məncə, hazırda onu mərkəzdə oynatmaq ən yaxşı çıxış yoludur. Azərin oyunundan razıyam. İkinci oyundur, bu mövqedə oynayır və qələbə qazanırıq. “Sabah”a uduzmuşduq. Təlim-məşq toplanışından yeni qayıtmışdıq. Bizim üçün çətin oldu. Amma oyundan oyuna futoblçuların inamı artır və bir-birlərini daha yaxşı anlayırlar".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi