"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq futbolçusu Kriştiano Ronaldonun Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Şerif"ə qarşı oynayacağını təsdiqləyib.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis portuqaliyalı hücumçunun cəzasının yalnız bir oyunluq olduğunu bildirib: "Ronaldo ilə bağlı sualları cavablandırmaq mənim üçün çətin deyil. Amma düşünürəm ki, biz artıq bütün cavabları vermişik. O, bir oyunu buraxdı və indi yenidən komandaya qayıdır. Kriştiano ilə bağlı daha heç bir suala cavab verməyəcəyəm.
Həmçinin oxuyun: Ronaldo yenidən əsas komandada
Düşünürəm ki, keçən həftə hamımız bunu müzakirə etdik, indi diqqətimizi növbəti matça yönəldirik. Əhəmiyyətli oyunumuz var, qrupda qalib olmaq istəyirik”, - Ten Haaq deyib.
Qeyd edək ki, bu gün keçiriləcək "Mançester Yunayted" - "Şerif" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, daha əvvəl Ronaldo Premyer Liqanın 12-ci turunda "Tottenhem"lə matçda (2:0) meydana çıxmaqdan imtina edib. Klub 37 yaşlı futbolçu iki həftəlik əmək haqqı məbləğində cərimələyib. Bu, 887 min avro deməkdir. Həmçinin Ronaldo İngiltərə Premyer Liqasının 13-cü turunun "Çelsi" ilə matçı üçün heyətdən kənarlaşdırılmışdı. Sonra futbolçu baş məşqçi Erik Ten Haqla fikir ayrılıqlarını aradan qaldırdıqdan sonra əsas komanda ilə məşqlərə qayıtmışdı.
Mbappe "Real"a bu müdafiəçini tövsiyə etdi
Bissuma “Qalatasaray”a keçə bilər
İspaniya millisinin baş məşqçisi şoka düşüb
"Kəpəz"in futbolçusu əməliyyat olundu
Rafinya komandaya qayıtmağa hazırlaşır
PSJ-nin yarımmüdafiəçisi "Liverpul"un hədəfində
Messi hələ də “Barselona”ya azarkeşlik edir
İngiltərə millisində gözlənilməz dəyişiklik
Ronaldo: “Bu, mənim sonuncu mundialım olacaq”
“Ayaks" yeni baş məşqçisini tapdı
"Qaradağ Lökbatan" 7, "Şəmkir" 4 qolla qalib gəldi
Azərbaycan millisində ciddi itki
İnyesta haqda cinayət işi açıldı