Bir müddətdir zədədən əziyyət çəkən “Qarabağ”ın müdafiəçiləri Kevin Medina və Maksim Medvedev artıq sıraya dönüblər.
Hər iki futbolçu ötən gün Misli Premyer Liqasının 9-cu turunda “Qəbələ” ilə görüşdə start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.
Maksimlə Medinanın yoxluğu zamanı isə müdafiənin mərkəzində Bəhlul Mustafazadə ilə Bədavi Hüseynov onları layiqincə əvəzləyə bildi. Bu iki futbolçu həm Premyer Liqa, həm də Avroliqa matçlarında ümidləri doğrultdu.
Kolumbiyalı stoperlə kapitanın qayıdışından sonra Ağdam təmsilçisinin müdafiə xəttində əsl rəqabətin olacağı şübhəsizdir.
“Qarabağ”ın müdafiə xəttində nə dəyişəcək, rəqabət komandaya nə verəcək? Qol.az bu mövzu ilə bağlı futbol mütəxəssisi Aslan Kərimovun fikirlərini öyrənib:
“Maksim Medvedevlə Kevin Medinanın qayıtması yaxşı xəbərdir. Əlbəttə ki, müdafiə mövqeyində rəqabət artacaq. Düşünürəm ki, Maksim və Medinanın ikisinin də qarşıdakı matçlarda əsas heyətdə meydana çıxıb-çıxmayacağı sual doğurur. Çünki uzun müddət oynamayan fufbolçunu birdən-birə meydana buraxmaq riskli ola bilər. Yəqin ki, belə şeylər Qurban Qurbanovun təcrübəsində yaşanıb. Oyunun mahiyyətindən asılı olmayaraq, futbolçuların səhhəti onun üçün daha vacib olub. Məncə, bunu birdən-birə yox, tədricən, məsələn, ikinci hissədə meydana buraxmaqla və ya hansısa 1 matçda əsas heyətdə yer verib, daha sonra əvəzləyərək həll edəcəklər. Amma hər bir halda əlbəttə ki, rəqabət öz təsirini göstərəcək”.

Aslan Kərimov
“Qarabağ”ın sabiq kapitanı Kevin Medinanın əvəzolunmaz müdafiəçi olmasını bildirməklə yanaşı, Bəhlul Mustafazadə və Bədavi Hüseynovun bir müddət start heyət oyunçusu ola biləcəyini də deyib:
“Hər şey ola bilər. Hər halda Medinanın keyfiyyətini dəfələrlə görmüşük. Amma indiki vəziyyətdə “Qəbələ” ilə matç hələ göstərici deyil. Yəni, tam olaraq oynamağa hazırdır, ya yox, bunu demək düzgün olmaz. Ola bilər ki, Qurban Qurbanov Maksim Medvedevi cinahda istifadə etsin. Zaman-zaman o mövqelərdə Elvin Cəfərquliyev, Toral Bayramov oynayırdı. Düşünürəm ki, Marko Veşoviç artıq əvəzolunmaz bir cinah müdafiəçisinə çevrilib. Amma digər cinahların birində Maksimi istifadə edə bilərlər. Lakin bu, “Olimpiakos”la oyunda olacaq, ya yox, bilmirəm. Məncə, Qurban Qurbanov onu birdən-birə 90 dəqiqə oynatmaz. Yəqin ki, əvəzləyəcəklər. Ola bilər ki, mərkəzdə elə Bədavi və Bəhlul oynasın. Amma bu, Medinanın hazırkı vəziyyətindən də asılıdır. Məncə, zədələnməsinə baxmayaraq, Medina əvəzolunmaz bir mərkəz müdafiəçisidir. Lakin uzun müddətdir ki, oynamayıb. Qarşıdakı matçda 90 dəqiqə oynayıb-oynamayacağı isə sual doğurur. Medinanın hazırlıq vəziyyətinə, neçə dəqiqə oynaya biləcəyinə baxmaq lazım gələcək. Bunu “Qarabağ”ın texniki heyəti daha doğru bilər. Amma hər bir halda düşünürəm ki, hər şey yaxşı getsə, “Olimpiakos”la oyunda olmasa belə, növbəti matçlarda Medina artıq əvəzolunmaz olacaq.
Bədavi Hüseynovla Kevin Medina birgə oynaya bilər. Bəhlul Mustafazadənin hava hücumunda yaxşı oynaması var. Ola bilər ki, nə vaxtsa Bədaviyə istirahət verərlər, Bəhlul oynayar. Hər halda Qurban Qurbanovun bu 3 mərkəz müdafiəçisini əvəzləyə-əvəzləyə oynatmaq imkanı olacaq. Yəni, belə olmayacaq ki, yalnız 2-si əsas heyətdə olacaq, qalanları həmişə ehtiyat oyunçular arasında qalacaqlar. Mən buna inanmıram. Hesab edirəm ki, bu 3 mərkəz müdafiəçisinin zaman-zaman 1-i əsas heyətdə olacaq”.
Ramiq Ağaməmmədov
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video