Ən erkən qol vurmuş futbolçulardan biri qəzada öldü

Ən erkən qol vurmuş futbolçulardan biri qəzada öldü
DÜNYA FUTBOLU 9 Oktyabr 2022 / 12:42 3466
-  A +

Şotlandiyalı futbolçu Qevin Stoks Qlazqoda avtomobil qəzasında dünyasını dəyişib.

Qol.az "Daily Record"a istinadən xəbər verir ki,  qəza oktyabrın 8-də səhər saatlarında Tornvud ərazisindəki dairəvi yolda baş verib. Stokes idarəetməni itirib və avtomobili aşıb. Futbolçu yerindəcə dünyasını dəyişib. Qəza nəticəsində 30 yaşlı idmançının yanındakı şəxslərdən heç kim xəsarət almayıb.

Stoks bir sıra Şotlandiya komandalarında oynayıb.  O, tarixdə ən erkən vurulmuş qollardan birinin müəllifidir. Futbolçu oyununun 2-ci saniyasında meydanın mərkəzindən topu qapıya göndərib.


Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq