"Barselona"nın vitse-prezidenti: "Möcüzələr yarada bilərik"

"Barselona"nın vitse-prezidenti: "Möcüzələr yarada bilərik"
DÜNYA FUTBOLU 6 Oktyabr 2022 / 16:55 1884
-  A +

"Barselona"nın vitse-prezidenti Eduard Romeu PSJ-nin hücumçusu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışı haqda danışıb.

Qol.az "Diario Sport"a istinadən xəbər verir ki, o, bununla bağlı deyib: “İdman rəhbərliyi bunu məqsədəuyğun hesab edərsə, biz bunun üçün əlimizdən gələni edəcəyik. Möcüzələr yarada bilərik. Leonel Messi klub üçün dəyərli oyunçudur və qapılar ona hər zaman açıq olacaq”.

Qeyd edək ki, Messi 2021-ci ilin yayı "Barselona"dan ayrılıb və azad agent kimi PSJ -yə keçib. Onun Paris klubu ilə müqaviləsi bu mövsümün sonu başa çatır.


Son xəbərlər