Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Demirören” İnformasiya Agentliyinin (DHA) baş direktoru Celal Korkutun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qol.az xəbər verir ki, görüşdə DHA-nın Təhsil Layihələri qrupunun direktoru Nuran Çakmakçı, İnsan Resursları qrupunun rəhbəri Elif Karacaoğlu və Trend Beynəlxalq İnformasiya Agentliyinin direktoru İlqar Hüseynov iştirak ediblər.
Görüş zamanı Əhməd İsmayılov qonaqlara Azərbaycanda media sahəsinin inkişafı üçün atılan addımlar, Medianın İnkişafı Agentliyinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, çap və onlayn mediaya dəstək proqramları, “Media haqqında” Azərbaycan Respublikası Qanunu, Media Reyestrinin aparılması qaydaları barədə ətraflı məlumat verib. O, media sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi baxımından görüşün əhəmiyyətini qeyd edib. Medianın inkişafı istiqamətində aparılan fəaliyyətin müxtəlif tərəflərlə əlaqələndirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
Görüş zamanı Təhsil Layihələri Qrupunun Direktoru Nuran Çakmakçı, İnsan Resursları qrupunun rəhbəri Elif Karacaoğlu Türkiyədə yaradılan Demirören media peşə və texnologiya liseyi layihəsi haqqında ətraflı məlumat verib, səmərəli əməkdaşlıq, inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı
Lamin Yamal “Sabah”la oyunu buraxacaq - Rəsmi
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlandı
“Mançester Yunayted”i elə tənqid etdi ki...
Mahir bir epizodla baş məşqçinin rəğbətini qazandı
Karyerasında 900-cü oyuna çıxdı - Qurban Qurbanov
Dünyada stadionları ən çox dolduran klubların – TOP-10-luğu