"Ukraynada süni örtüklü meydançada futbol oynamağa icazə verilmir. Amma burada normaldır".
QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 16-cı turunda səfərdə "Karvan-Yevlax" üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib.
Ukraynalı mütəxəssis qarşılaşmanı iki fərqli hissəyə bölüb. O, ilk hissədə komandasının lazımi sürət və intensivliyi göstərə bilmədiyini, rəqibin ciddi fürsətləri olmasa da, son dəqiqələrdə öz səhvlərindən penalti yaratdıqlarını bildirib. Vernidub ikinci hissənin isə tamamilə fərqli ssenaridə keçdiyini vurğulayıb:
"Rəqib vaxt aparmağa çalışırdı. Biz bunu anlayıb hücuma keçdik və nəticədə 2 qol vurduq. Yaradılan yüz faizli qol epizodlarını nəzərə alsaq, daha çox fərqlənməli idik".
Yevlaxdakı stadionun süni örtüyü barədə fikirlərini bildirən baş məşqçi maraqlı müqayisə aparıb. O, Ukraynada belə meydançalarda peşəkar futbola icazə verilmədiyini, lakin burada bunun normal qarşılandığını qeyd edib. Vernidub komandasının təbii otda məşq etdiyini əsas gətirərək zədə riskinə görə oyundan bir gün əvvəl Yevlaxda məşq etmək təklifindən imtina etdiyini söyləyib.
Çalışdırıcı formaların bənzərliyi səbəbindən yaranan pas xətaları ilə bağlı bunun müəyyən anlarda anlaşılmazlıq yaratdığını istisna etməyib.
O, Vensan Abubakarın performansı və fiziki durumu barədə isə bunları deyib:
"Abubakar dünya futbolunun ulduzudur, ona heç bir sualım yoxdur. Lakin o, komandaya mövsümün ortasında qoşulub. Fiziki durumunun nə yerdə olduğunu, nəyin yaxşı və ya pis olduğunu tam müəyyənləşdirmək üçün təlim-məşq toplanışına ehtiyac var".
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi