“Barselona”ya qələbə qolu vuran Çalhanoğludan açıqlama

“Barselona”ya qələbə qolu vuran Çalhanoğludan açıqlama
DÜNYA FUTBOLU 5 Oktyabr 2022 / 08:04 6268
-  A +

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Barselona" üzərində qazandıqları qələbəni (1:0) şərh edib.

Qol.az xəbər verir ki, türk yarımmüdafiəçi oyundakı yeganə qolun müəllifi olub. UEFA-nın texniki qrupunun rəyinə əsasən, o, görüşün ən yaxşı futbolçusu seçilib. 

Matçdan sonra UEFA-nın saytına danışan Hakan deyib: “Bu gün istədiyimiz kimi oynadıq.  Biz öz gücümüzü bütün mövqelərdə göstərdik. Biz həmişə baş məşqçinin yanındayıq (istefası gündəmdə olan Simone İnzagi nəzərdə tutulur - red.). O gördü ki, onun üçün mübarizə aparan bir komanda var.  Bu gün hər kəs həm özü, həm də məşqçisi naminə oynadı. Bu yanaşma qələbənin açarı oldu”.

Daha çox


Son xəbərlər
topaz banner