Ukrayna DÇ-yə ev sahibliyi etməyə namizəd olacaq

Ukrayna DÇ-yə ev sahibliyi etməyə namizəd olacaq
DÜNYA FUTBOLU 4 Oktyabr 2022 / 09:24 1796
-  A +

Ukrayna 2030-cu ildə keçiriləcək dünya çempionatına İspaniya və Portuqaliyanın birgə ev sahibliyi etmək üçün namizədliyini irəli sürəcək.

Qol.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Bildirilib ki, bu addım Ukrayna prezidenti Vladimir Zelenskinin, İspaniya və Portuqaliyanın milli hökumətlərinin dəstəyi ilə  atılıb.Ukraynada turnirin qrup mərhələsinin bir neçə oyununun keçirilə biləcəyi vurğulanıb.

Onlardan əlavə, Argentina, Uruqvay, Paraqvay və Çili 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim ediblər. Mərakeş də dünya çempionatına ev sahibliyi etmək iddiasındadır.


Son xəbərlər