İnzaqinin gələcəyi bu oyunlardan asılıdır

İnzaqinin gələcəyi bu oyunlardan asılıdır
DÜNYA FUTBOLU 3 Oktyabr 2022 / 18:19 1903
-  A +

"İnter" baş məşqçisi Simone İnzaqini istefaya göndərə bilər.

Qol.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. Bildirilib ki, italiyalı mütəxəssisin taleyi Çempionlar Liqasında “Barselona”  (4 oktyabr) və A seriyasında “Sassuolo” (8 oktyabr) ilə matçlardan asılıdır. Bu oyunlarda komanda məğlub olarsa, baş məşqçi istefaya göndəriləcək.

Qeyd edək ki, "İnter" A seriyasında 12 xalla 9-cu pillədə qərarlaşıb. Komanda Çempionlar Liqasının C qrupunda isə 3 xalla 3-cüdür.


Son xəbərlər