Misli Premyer Liqasının 8-ci turunda “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Oyun oktyabrın 1-i "Azersun Arena"da keçiriləcək və saat 18:00-da başlanacaq. Mövsümün ilk Azərbaycan derbisi ilə bağlı “Neftçi”nin sabiq futbolçusu Yunis Hüseynovun fikirlərini öyrəndik.
O, Qol.az-a açıqlamasında “Qarabağ”ın favorit olduğunu, ancaq “Neftçi”nin qalib gəlməsini istədiyini bildirdi:
“Hər iki komandaya uğurlar arzu edirəm. Hazırda “Qarabağ” yüksəlişdədir. Avroliqada və çempionatda yaxşı oyunlar göstərir. Bir nüans var ki, “Qarabağ”ın 9 futbolçusu milli komandalara getmişdi. Buna görə bir balaca yorğunluq ola bilər. Amma “Qarabağ”ın heyəti həddindən artıq güclüdür. Builki “Qarabağ” lap güclüdür.

Yunis Hüseynov
“Neftçi”də isə stabillik olmasa da, fərdi ustalığı güclü olan futbolçuların sayəsində komanda qalib gələ bilir. Kollektiv oyunda isə irəliləyiş görmürəm. Mən istəyərəm ki, “Neftçi” qalib gəlsin. Ömrümün yarısı “Neftçi”də keçib. Ona görə də bu komandanı dəstəkləyirəm. Mövsümdə ilk derbi oyunudur, yəqin ki, yaxşı matç izləyəcəyik. “Neftçi”nin əsas gücü “Qarabağ”la oyunda görünəcək. Favorit kimi “Qarabağ”ı görürəm”.
Y.Hüseynov “Qarabağ”ın oktyabr ayında 8 oyun keçirəcəyinin də komandaya təsir etməyəcəyini bildirib: “Dəfələrlə olub ki, “Qarabağ”ın avrokuboklarda oynayan futbolçuları meydana çıxmasa da, komanda qalib gəlib, yenə də eyni oyunu nümayiş etdiriblər. Yəni aparıcı futbolçuların yeri görünməyib. Düzdür, sıx qrafikə görə “Qarabağ”a çətinlik çəkəcək, amma məncə, onun da öhdəsindən gələcəklər”.
Ramiq Ağaməmmədov
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?