Milli komandamız UEFA Millətlər Liqasının 2022/23 mövsümündəki çıxışını başa vurdu. Turnirə uğursuz start verən yığmamız ilk 3 oyunda cəmi 1 xal yığdı. Bir qədər gec toparlanan millimiz son 3 oyunda maksimum nəticə ilə xallarını 10-a çatdırdı. Tarixində ilk dəfə ardıcıl 3 oyunda qələbə qazanan millimiz qrupu 2-ci pillədə başa vurdu. Əslində isə yığmamız daha artığını edə bilərdi və bu gün Qazaxıstan yox, Azərbaycan millisi B liqasına vəsiqə qazanardı.
Yığmamızın Millətlər Liqasındakı çıxışları haqda millimizin sabiq üzvü Kamal Quliyevin fikirlərini öyrəndik. Hər zaman yığmamızın çıxışını və nəticələrini tənqid edən mütəxəssis bu dəfə futbolçulara təşəkkür etdi:
“Futbol camiyəsi adından, xalqın bir nümayəndəsi kimi, millimizə çox sağ olun deyirəm. Sağ olsunlar ki, son 3 oyunu qələbə ilə başa vurdular. Əlbəttə ki, bu, futbolumuz adına böyük bir nailiyyətdir. Qazaxıstan və Belarusla səfər oyunlarında imkanlardan istifadə edə bilsəydik, indi qrup lideri ola bilərdik və daha uğurlu nəticə olardı. Lazım olanda futbolçuları danlayacağıq, tənqid edəcəyik. İstər baş məşqçi olsun, istərsə də oyunçular. Bugünkü uğurlu çıxışlar da həmin tənqidlərin nəticəsidir. Mən indi ancaq millimizi təbrik edə bilərəm”.

Kamal Quliyev
Kamal Quliyev son üç qələbəyə baxmayaraq, millimizin italyan baş məşqçisi Canni De Byazinin göndərilməli, yerinə yerli mütəxəssis gətirilməli olduğunu bildirdi: “Mən yenə də öz fikrimdəyəm. Qətiyyətlə deyirəm ki, millidə yerli mütəxəssis çalışmalıdır.Bu, mənim fikrimdir. Düzdür, son 3 oyunda komandamız qalib gəlib, futbolçularımız əziyyət çəkiblər. Heç nə elə-belə olmur. Amma daha yaxşı nəticə qazanmaq olardı. Bunun üçün də milli komandamızda yerli məşqçi işləməlidir”.
Millimizin digər sabiq üzvü Bəxtiyar Musayev isə ardıcıl qələbələrə baxmayaraq, yığmamızın oyun planında heç bir dəyişiklik olmadığını bildirdi: “Komandanı son 3 oyundakı qələbəyə görə təbrik edirəm. Amma bir tərəfdən çox böyük təəssüf hissi keçirirəm ki, bu cür rəqiblərlə heyif ki, qrup lideri ola bilmədik. Rahatlıqla bu qrupda birinci ola bilərdik.
Oyun formasında elə də dəyişiklik yox idi. Sadəcə olaraq rəqiblər çox asan idi. Mən oyunumuzda heç bir irəliləyiş görmürəm. Qazaxıstan 35-ci dəqiqədə azlıqda qalmışdı. Slovakiya ilə matçın 2-ci hissəsi tam fiasko idi. Uşaqlar əziyyət çəkiblər, sağ olsunlar, amma məşqçi işi görünmədi. Oyuna müdaxilə sıfır idi”.

Bəxtiyar Musayev
B.Musayev oktyabrda millimizlə müqaviləsi başa çatacaq baş məşqçi Canni De Byazinin göndərilməli olduğunu bildirib: “Ardıcıl 3 qələbə heç nəyi dəyişmir. Həmin De Byazidir. Dünənki oyunda Qazaxıstan 10 nəfərlə qalıb, De Byazi hücumçuları meydana buraxır ki, qol vursunlar. Amma istəyir 10 nəfər hücumçu salsın, cinahında Haqverdi oynayırsa, qol vurmaq çətin olacaq. Höccət Haqverdinin mövqeyi deyil axı ora. Mənim üçün De Byazi bitmiş məşqçidir. Yəni mən bu son üç görüşdə oyun planında, məşqçinin oyuna müdaxiləsi planında heç nə görmədim.
Bu gün millimizdə kifayət qədər bacarıqlı oyunçular var. Heyət də genişdir. Sonradan meydana çıxıb oyunu dəyişə bilən futbolçular var. Yəni məşqçinin seçimi çoxdur. Məsələn, Qara Qarayev kimi önəmli futbolçu da oyanamayanda onu əvəzləyə bilən olur”.
B.Musayev “De Byazinin Azərbaycan millisi heç vaxt ardıcıl 3 oyunda qalib gələ bilməmişdi” ifadəsinə də münasibət bildirib: “Onun dedikləri ancaq uşaq başı aldatmaqdır. De Byazinin fikirlərini oxuyub, əsəbləşirəm. Ardıcıl 3 qələbə onun qəhrəmanlığından olmayıb. Asan rəqiblərlə düşüb amma istənilən nəticəni qazana bilmir, sonra da belə danışır. De Byazi çox bərbad məşqçidir. Sadəcə olaraq Qazaxıstan, Slovakiya və Belarusun zəif vaxtına təsadüf etdi. Şəxsən millimizin bu nəticəsinə üzülürəm ki, bu cür rəqiblərlə lider ola bilmədik. Bir də nə vaxt belə şans ələ düşəcək? De Byazi nağıl danışır. Elə bilir ki, Azərbaycanda futbolu bilən yoxdur. Ona görə belə fikirlər bildirir. Təəssüf ki, onun cavabı verilmir. Onun artıq məşqçilikdən xəbəri yoxdur”.
Ramiq Ağaməmmədov
Qol.az
"Yuventus"dan ayrılır
İtaliya A seriyasına yüksələn ilk komanda
"Bavariya" 40 yaşlı Noyerlə müqaviləni uzadır
Türkiyə millisi 2 yoxlama oyunu keçirəcək
Spaletti ayın ən yaxşısıdır
Enrike: "Bavariya" qarşılaşdığım ən çətin rəqibdir"
"Real"da baş məşqçi vəzifəsinə daha bir namizəd
Matiçlə yeni müqavilə imzalanacaq
PFL hakim təyinatlarını açıqladı
"Qarabağ"ın futbolçusu üçün mövsüm bitdi
Elvin əvəzedici heyətdə qolu belə vurdu - Yenilənib+Video
"Qarabağ" - "Turan Tovuz" matçının hakimləri açıqlandı
İspan klubu qələbəni Fələstin bayrağı ilə qeyd etdi - Video
AFFA "Qarabağ"ı 8000 manat cərimələdi
Azərbaycan millisi bu dəfə Belarusa qalib gəldi
“Barselona”dan “El Klassiko” üçün xüsusi forma
"İmişli" futbolçusu ilə müqaviləni uzatdı
Füzulidə FİFA-nın dəstəyi ilə festival keçirildi - Şəkillər
İnfantino növbəti seçkilərə də qatılacağını açıqladı
"Fənərbaxça"nın kapitanı futboldan 1 illik uzaqlaşdırıldı
"Mənim lüğətimdə təslim olmaq sözü yoxdur" - Arda Turan
Cenk Sümer: “Neftçi”nin yeri Avropadır” - Video
9-cu çempion: 18 ildə ilk
“Şaxtyor” uduzdu, "Rayo Valekano"dan qələbə
İngiltərə derbisini kim qazandı? - Avroliqa
"Neftçi"dən mübariz oyun, layiqli qələbə Video
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər