"100 milyon avro versələr də, onu satmayacağıq"

"100 milyon avro versələr də, onu satmayacağıq"
DÜNYA FUTBOLU 3 Sentyabr 2022 / 12:25 4708
-  A +

"Bavariya"nın idman direktoru Hasan Salihamidzic klubun yarımmüdafiəçi Camal Musialanı satmaq fikrində olmadığını açıqlayıb .

Qol.az "Sky Sport"a istinadən xəbər verir ki, o,  çox böyük məbləğ təklif edilsə belə, alman futbolçu ilə yolları ayırmaq istəməyəcəyini söyləyib: “Gələn il Musiala üçün 100 milyon avrodan çox təklif edilərsə, biz nə edəcəyik? O satılmır”.

Qeyd edək ki, C. Musiala klub tarixində Bundesliqada 50 oyun keçirən ən gənc futbolçu olub. O, Almaniya çempionatının 26-cı turunun "Hoffenhaym"la oyununda meydana daxil olaraq 19 yaş 14 günlük yaşda bu həddə çatıb. Ümumilikdə Musiala “Bavariya”nın heyətində 83 oyun keçirib, 20 qol vurub və 9 qolun ötürməsini verib.


Son xəbərlər