Dünən məşq zamanı zədələnən "İnter"in hücumçusu Romelu Lukaku bu gün tibbi müayinədən keçib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, belçikalı hücumçunun sol bud nahiyəsində burxulma diaqnozu qoyulub. Onun vəziyyətinin gələn həftə yenidən qiymətləndiriləcəyi vurğulanıb Beləliklə, Lukaku A Seriyasında "Kremoneze" (30 avqust) və "Milan"la (3 sentyabr) matçlarda iştirak etməyəcək. O, həmçinin Çempionlar Liqasının qrup mərhələsində "Bavariya" ilə (7 sentyabr) görüşü də buraxa bilər.
İtaliya mətbuatı 29 yaşlı futbolçunun 20 gün sonra geri dönəcəyini yazıb.
Alleqri cəzalandırıldı
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı
“Barselona” bəyanat yaydı
U-15 millimiz Monteneqro ilə heç-heçə etdi