Türkiyə Superliqası təmsilçisi "Ankaragücü" baş məşqçisi Mustafa Dalcı ilə yolları ayırıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssisin istefa ərizəsi rəhbərlik tərəfindən qəbul edilib.
Qeyd edək ki, M.Dalcı ölkə çempionatının 3-cü turunda "Fatih Karagümrük"ə 1:4 hesablı məğlubiyyətdən sonra istefa ərizəsini təqdim etmişdi. O, 2021-ci ilin iyunundan sözügedən klubu çalışdırırdı.
Əlavə edək ki, "Ankaragücü" Türkiyə Superliqasında 3 turdan sonra 1 xalla 17-ci pillədə qərarlaşıb.
Alleqri cəzalandırıldı
Yamal "Barselona"nın ÇL matçını da buraxacaq
"Liverpul"la "Mançester Siti" onu hədəflədilər
"Qarabağ" "Benfika" ilə oyuna bu heyətlə çıxır
Millimiz Moldovaya qalib gəldi
"Göygöl"dən qələbə, "Qaradağ Lökbatan"dan darmadağın
Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı
“Barselona” bəyanat yaydı
U-15 millimiz Monteneqro ilə heç-heçə etdi