Ançelottidən Asensio açıqlaması

Ançelottidən Asensio açıqlaması
DÜNYA FUTBOLU 27 Avqust 2022 / 17:51 2687
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Marko Asensionun klubdakı gələcəyindən danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis deyib: "Marko Asensio və klub üçün yaxşı variantlar varsa , onlara baxılacaq. Asensio getsə, heç kimlə müqavilə bağlamayacağıq, çünki bizə bir oyunçu lazım deyil. Sebalyos qalacaq, o, layihənin bir hissəsidir".

Qeyd edək ki, Marko Asensionun Madrid təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayına qədər qüvvədədir.


Son xəbərlər