Klopp: "Yeni yarımmüdafiəçi axtarırıq"

Klopp: "Yeni yarımmüdafiəçi axtarırıq"
DÜNYA FUTBOLU 27 Avqust 2022 / 11:21 2015
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının yeni yarımmüdafiəçi axtarışında olduğunu açıqlayıb. 

Qol.az xəbər verir ki, Mersisayd klubu transfer pəncərəsi bağlanana qədər bunun üzərində çalışacaq.

“Bəli, yeni yarımmüdafiəçiyə ehtiyacımız olmadığını deyən mən idim, ancaq səhv etdim. Hazırda yeni yarımmüdafiəçi axtarırıq. Biz nəsə etməyə çalışacağıq, amma o, düzgün oyunçu olmalıdır” - deyə Klopp mətbuat konfransında deyib.

Xatırladaq ki, "Liverpul" bir ay ərzində zədə səbəbindən ən azı üç yarımmüdafiəçini -  Aleks Oksleyd-Çemberlen, Tiaqo Alkantara və Kertis Consdan birdən itirmişdi. 


Son xəbərlər