İkardi "Qalatasaray"a keçməyə razılıq verdi

İkardi "Qalatasaray"a keçməyə razılıq verdi
DÜNYA FUTBOLU 24 Avqust 2022 / 22:31 5418
-  A +

PSJ-nin hücumçusu Mauro İkardi "Qalatasaray"a keçməyə yaxındır.

Qol.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı oyunçu üçün Paris klubuna icarə təklifi göndərib. Artıq argentinalı futbolçunun özü də transferə razılıq verib.

PSJ hazırda "Qalatasaray"la icarə müqaviləsinin şərtləri ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, İkardi ötən mövsüm Liqa 1-də 24 matçda 4 qol vurub


Son xəbərlər