Modriç Ronaldonu geridə qoydu

Modriç Ronaldonu geridə qoydu
DÜNYA FUTBOLU 21 Avqust 2022 / 13:16 3551
-  A +

Yarımmüdafiəçi Luka Modriç "Real"ın heyətində oyun sayına görə əcnəbi futbolçuların reytinqində 4-cü pilləyə yüksəlib. 

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı oyunçu bu siyahıda Kriştiano Ronaldonu geridə qoyub.

Dünən Modriç Madrid klubunun heyətində La Liqanın 2-ci turunun "Selta" ilə matçında (4:1) meydana çıxıb. Bu görüş xorvat üçün "kral klubu"nun formasında bütün turnirlərdə 439-cu görüş olub. Ronaldo isə "Real"da 438 oyuna çıxıb.

Qeyd edək ki, bu göstəricidə ilk pillədə "Real"ın hücumçusu Kərim Benzemadır (608).


Son xəbərlər