“Həqiqətən də çox maraqlı bir oyun izlədik. “Ferentsvaroş”, “Sürix”dən fərqli olaraq “Viktoriya” “Qarabağ”a qarşı fərqli çıxış etdi. 2-ci nömrə ilə oynadılar. Bəzən mərkəzdə “Qarabağ”ın topu özündə saxlamağı bacaran futbolçularına qarşı birəbir mübarizə aparırdılar”.
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. O, “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Çexiya “Viktoriya”sı (Plzen) ilə Bakıda qolsuz heç-heçə etdiyi ilk oyun barədə fikirlərini bölüşüb:
“Qarabağ”ın çoxlu qol şansları oldu. Sadəcə yararlana bilmədilər. Bunu da bir idman xoşbəxtliyi adlandırmaq olar (gülür). “Viktoriya” güclü əks-hücumlar qururdu. Çünki belə komanda qol vurmaq üçün daha çox əks-hücumlara bel bağlayır. Standart vəziyyətlərdə də özlərini yaxşı tərəfdən göstərirdilər. Bunu deyə bilərəm ki, “Qarabağ”ın indiyədək qarşılaşdığı rəqiblər arasında standart vəziyyətlər zamanı ən çox çətinlik yaradan “Viktoriya” oldu. 2-3 künc zərbəsi oldu, hamısında demək olar ki, futbolçular topları qapının içindən çıxarırdılar. Bu baxımdan rəqibin üstün və zəif tərəflərini də görə bildik. Rəqibin qapıçı Yindrjix Stanek də çox möhtəşəm oyun nümayiş etdirmədi. Sözsüz ki, çox soyuqqanlı idi. Amma sırf “9-luq”a vurulan zərbələri seyv etmədi də. Sadəcə olaraq bizim futbolçularımızın zərbələri o qədər də keyfiyyətli, dəqiq alınmadı. Düz qapıçının üzərinə gedən toplar var idi. Belə baxanda qapıçının bir balaca möhtəşəm oyununu görmək olur. Amma ümilikdə desək, futbolçu qapıçı ilə təkbətək çıxanda gərək o qolu vursun. Yəni, burada qapıçılıq bir şey yox idi. Bu, futbolçunun ustalıq səviyyəsindən asılıdır”.
Kərimov vurğulayıb ki, bu komanda ilə səfərdəki cavab görüşü Ağdam təmsilçisi üçün daha rahat keçə bilər:
“Viktoriya” ilə cavab görüşü ən azı qol vurmaq baxımından Bakıdakı oyundan daha rahat keçə bilər. Çünki “Viktoriya” dünənki matçın 70-80 faizini öz qapısının yanında kompakt müdafiə olunaraq keçirdi. Rəqib cavab matçında öndə oynamaq məcburiyyətində olacaq. Çünki doğma meydanda çıxış edirlər, daha açıq oynamalıdırlar. Belə olan halda isə əminəm ki, qol şanslarımız Bakıdakından daha çox yaranacaq. Mərhələni keçən tərəf də “Qarabağ” olacaq. Mən şansları faiz nisbəti ilə 65-35 kimi “Qarabağ”ın xeyrinə qiymətləndirirəm. “Ferentsvaroş”la matçı 60-40-a dəyərləndirmək olardısa, “Viktoriya” ilə görüşdə şanslar daha çoxdur”.
Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında avqustun 23-ü Çexiyada keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Nur Zeynalova
Arteta, Hau, Moyes…
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı
“Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
Azərbaycan çempionatının final mərhələsi başladı
Osimhen "Barselona"nın diqqət mərkəzində
“Real”ın sabiq dietoloqundan qalmaqallı açıqlama
Kvaratsxeliya Gürcüstan millisinin yeni kapitanı oldu