"Qarabağ"ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" (Plzen, Çexiya) ilə Bakıda qolsuz heç-heçə etdikləri ilk matç barədə danışıb.
Qol.az xəbər verir ki, görüşdə komandanın kapitanı kimi meydana çıxaran yarımmüdafiəçi oyundan sonra jurnalistlərə açıqlamasında deyib:
"Bu, son illərdə oynadığımız ən ağır matçlardan biri idi. Amma buna baxmayaraq, sonadək mübarizə apardıq. Lakin qol imkanlarından yararlana bilmədik. Bizim hesabı aça bilməməyimiz rəqibi daha sıx oynamağa məcbur etdi. Öz üzərimizə düşəni etdik. Komanda olaraq yaxşı mübarizə apardıq. Səfərdə psixoloji cəhətdən daha rahat olacağıq. Doğma meydanda azarkeşlərin gözləntilərini daha çox hiss edirik. Bəlkə də bu, bizə bir az mane olur. Amma səfərdə daha rahat oynaya bilirik. Ən böyük amillərdən biri odur ki, səfərdə rəqib də oynamağa çalışır və hücum etmək, qol vurmaq istəyir. Məncə, komandamızın işi daha da asanlaşacaq. Ümumilikdə stress və ya həyəcanın olacağını düşünmürəm. Artıq müasir futbolda səfər anlayışı yoxdur. Azarkeşlərin bizdən gözləntilərini bilirik. Səfərdə oynasaq da, yaxşı nəticə üçün meydana çıxırıq. Çexiyada qələbə üçün oynayacağıq".
Qara 2016-cı ildə Plzen təmsilçisinin ÇL-in 3-cü təsnifat mərhələsində səfər qolu sayəsində "Qarabağ"ı keçərək mərhələ adlamasını xatırlayıb. Lakin o bildirib ki, revanş hissi futbolçulara zərər verə bilər: "Belə şeyləri düşünmək lazım deyil. Bütün bunlar oyuna təsir edir. Əksər futbolçularımız "Viktoriya"ya qarşı oynamayıb. Bu səbəbdən revanş hissini onlara vermək çətin olur. Heç mən də qarşılaşmaya bu cür yanaşmırdım. Sadəcə, bizim üçün vacib görüşlərdən biri idi. 2016-ci ildə "Viktoriya" ilə dueldə rəqibin səfər qoluna görə pley-offa çıxa bilməmişdik. Həmin vaxtda da çoxlu qol imkanları yaratmışdıq".
Qeyd edək ki, bu komandalar arasında avqustun 23-ü Çexiyada keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir