"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı

"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
ÖLKƏ FUTBOLU 23 Sentyabr 2026 / 16:30 488
-  A +

“Araz-Naxçıvan” Yuri Maksimovun baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb.

QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı mütəxəssislə anlaşma 2026-2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. O, bu vəzifədə Cavid Hüseynovu əvəzləyib.

Bildirilib ki, məşqçilər heyətinə digər təyinatlarla bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, Y. Maksimov müxtəlif illərdə “Vorskla”, “Dnepr-1”, “Polose”, “Taraz”, “Mordoviya”, “Metallurq”, “Krivbass”, “Obolon”, SSKA (Kiyev) komandalarında baş məşqçi vəzifəsində çalışıb. 58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər “Keşlə” (indiki “Şamaxı”) klubunun baş məşqçisi olub, Azərbaycan kubokunu qazanıb.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner