Bu gün Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” “Viktoriya” ilə qarşılaşacaq.
Təəssüf ki, hələlik Ağdam klubunun Çexiya klubları ilə geridə qalan 6 görüşdə bir qələbəsi belə olmayıb.
1997/98 mövsümü, UEFA kubokunun ilkin mərhələsi:
“Yablonets” – “Qarabağ” - 5:0
“Qarabağ” – “Yablonets” - 0:3
2016/17 mövsümü, ÇL-in üçüncü təsnifat mərhələsi:
“Qarabağ” indiki rəqibi “Viktoriya”ya ilə hər iki görüşdə bərabərə qalıb (0:0, 1:1). Plzen təmsilçisi o vaxt mövcud olan səfər qolu sayəsində mərhələ adlayıb.
2016/17 mövsümü, Avroliqanın qrup mərhələsi:
“Qarabağ” - “Slovan” (Liberets) - 2:2
“Slovan” – “Qarabağ” – 3:0
Amma…
6 il əvvəlki “Qarabağ”la indiki arasında müqayisəolunmaz fərq var. Ümumiyyətlə, mənə görə, bu gün “Qarabağ” tarixinin ən güclü dövrünü yaşayır. Futbolda şablonlaşmış bir fikir var: tarixdə yaxşı oyun yox, nəticə qalır. Müsbət məqamdır ki, müasir “Qarabağ” həm yaxşı nəticə qazanır, həm də yaxşı, yaradıcı, estetik oyun oynayır və bu oyunun keyfiyyəti Azərbaycan futbolunun sərhədlərini uzun illərdir aşıb. Bu mövsüm Polşa, İsveçrə, Macarıstan çempionları ilə oyunlar “Qarabağ”ın “Viktoriya” səddini keçəcəyinə böyük ümid yaratsa da, aşağıdakı detallar unudulmamalıdır:
- “Viktoriya” “Qarabağ” üçün nataraz rəqibdir. Plzen düşərgəsindən gələn açıqlamalar bunu deməyə əsas yaradır ki, böyuk ehtimal çexlər Bakıda müdafiə futboluna üstünlük verəcəklər. Son ölkə çempionatında onlar üç mərkəz müdafiəçisi olmaqla, 5-li müdafiə ilə oynayıblar. Qapalı futbol Qurban Qurbanovun xoşuna gəlmədiyi oyun tərzidir. Adətən, belə komandalarla görüş yerlə oynayan və yaradıcı oyuna üstünlük verən “Qarabağ” üçün ağır olur. Komanda müdafiəni yarıb cərimə meydançasına daxil olmaqda problem yaşayır. Məsələn, “Ferentsvaroş” Bakıda qapalı oynadı, hesab 1:1 oldu. Amma Budapeşdə “Qarabağ”la açıq oyun bu komandaya baha baha gəldi – 1:3. Eyni ssenari bu gün də təkrarlana bilər.
- Rəqib standart vəziyyətlərdə çox təhlükəlidir. Qurban Qurbanov da dünən bu məqamı xüsusi vurğuladı. “Viktoriya” bu mövsüm altı oyunda 15 qol vurub: 8-ni oyun epizodundan, 7-ni standart vəziyyətdən. Bu fakt “Qarabağ” üçün narahatlıq yarada bilər.
- 15 qoldan 11-i ÇL-in 2-3-cü mərhələlərində HİK (Finlandiya) və “Şerif”ə (Moldova) vurulub. Bu görüşlərdə komanda hücum futbolu oynayıb, bu gün isə yəqin ki, “Viktoriya” əks-hücumlara bel bağlayacaq.

Bütün bunlarla yanaşı…
- “Qarabağ”ın bu mövsüm ÇL-dəki 6 matçla müqayisədə daha yüksək oyun sərgiləyəcəyini düşünürəm. “Qarabağ” hər oyundan oyuna daha üst səviyyədə oyun nümayiş etdirir. “Lex”lə Polşadakı, daha güclü “Ferenstavroş”la Budapeştdəki oyunu müqayisə edin, arada yüksək fərqi görəcəksiniz.
- Kevin Medina və Maksimdən başqa, artıq zədəli oyunçu yoxdur. Əla məqamdır ki, Bədəvi və Bəhlul onların yoxluğunu ciddi olaraq hiss etdirməyiblər. Bədavinin beynəlxalq təcrübəsi çoxdur, Bəhlulda az. Amma bu təcrübə azlığını nəzərə alsaq, Bəhlulun “Sürix” və “Ferensvaroş”la matçlardakı oyunları gələcəkdə onun “Qarabağ”ın və millinin müdafiə xəttinin lideri ola biləcəyinə ümid yaradır.
- Qurban Qurbanovun və məşqçi korpusunun rəqibi, onun baş məşqçisinin işini mükəmməl analiz etmək bacarığı var. Çerçesovu gördünüz nə günə saldı? Gəldiyim qənaət: Qurbanov “Viktoriya”nı da əla öyrənib, amma əlbəttə, hər şeyi də mətbuata açıb deməyib.
Ümid edirəm, onun deyəcəyi sözü və yekunda qoyacağı nöqtəni bu gün birgə seyr edəcəyik.
Aydın Bağırov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola